https://sputnik.az/20240218/dn-dagliq-erazilerde-qarin-yarada-bileceyi-fesadlar-aradan-qalxmayib-462712825.html
DİN: Dağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb
DİN: Dağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb
Sputnik Azərbaycan
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri... 18.02.2024, Sputnik Azərbaycan
2024-02-18T17:27+0400
2024-02-18T17:27+0400
2024-02-18T17:27+0400
din
din
cəmiyyət
dağlıq ərazi
qar
qar
fəsad
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440094254_0:257:2727:1791_1920x0_80_0_0_384011d711623d6aa0b694f79bf52491.jpg
BAKI, 18 fevral - Sputnik. Sinoptiklərin məlumatına görə ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. “Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0c/440094254_0:2:2727:2047_1920x0_80_0_0_0ddf9492f4f6407e8c31600f6049d020.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, din, dağlıq ərazi, qar, qar, fəsad
din, din, dağlıq ərazi, qar, qar, fəsad
DİN: Dağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir
BAKI, 18 fevral - Sputnik. Sinoptiklərin məlumatına görə ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.
DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir.
“Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.
Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib.