https://sputnik.az/20240217/uzu-donsun-gorum-o-aguya-donmus-coreyin--462695559.html
"Üzü dönsün görüm o ağuya dönmüş çörəyin"
"Üzü dönsün görüm o ağuya dönmüş çörəyin"
Sputnik Azərbaycan
Görkəmli qəzəlxan və şair Əliağa Vahidin anadan olmasından 129 il ötür. 17.02.2024, Sputnik Azərbaycan
2024-02-17T20:00+0400
2024-02-17T20:00+0400
2024-02-17T20:00+0400
mədəniyyət
şair
əliağa vahid
https://cdnn1.img.sputnik.az/img/07e8/02/11/462693526_0:0:924:520_1920x0_80_0_0_488a2aefdf745c7e58eebaad80f0195f.jpg
BAKI, 17 fev — Sputnik. Azərbaycanlı şair, qəzəlxan Əliağa Vahid (İsgəndərov Əliağa Məmmədqulu oğlu) 1895-ci il fevralın 17-də Bakıda anadan olub.Əliağa Vahid ilk təhsilini mollaxanada alıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, satirik şerlərində ictimai nöqsanları ifşa edib.Bolşevik işğalından sonra Vahid yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazıb, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", "Qəzəllər" kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.Füzuli ənənələrinin davamçısı olan Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.Vahid həmçinin Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/11/462693526_16:0:856:630_1920x0_80_0_0_881e0cd85cb8bdc1ccbd1a9d75ea121b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şair, əliağa vahid
"Üzü dönsün görüm o ağuya dönmüş çörəyin"
Görkəmli qəzəlxan və şair Əliağa Vahidin anadan olmasından 129 il ötür.
BAKI, 17 fev — Sputnik. Azərbaycanlı şair, qəzəlxan Əliağa Vahid (İsgəndərov Əliağa Məmmədqulu oğlu) 1895-ci il fevralın 17-də Bakıda anadan olub.
Əliağa Vahid ilk təhsilini mollaxanada alıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, satirik şerlərində ictimai nöqsanları ifşa edib.
Bolşevik işğalından sonra Vahid yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazıb, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", "Qəzəllər" kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.
Vahid həmçinin Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.