https://sputnik.az/20240217/qanda-sekerin-yukselmemesi-ucun-qida-ardicilligina-onem-verilmelidir---biokimyaci-462592155.html
Qanda şəkərin yüksəlməməsi üçün qida ardıcıllığına önəm verilməlidir - Biokimyaçı
Qanda şəkərin yüksəlməməsi üçün qida ardıcıllığına önəm verilməlidir - Biokimyaçı
Sputnik Azərbaycan
Biokimyaçı əvvəlcə tərəvəzləri, sonra zülal və yağları (ət, dəniz məhsulları, toyuq), axırda karbohidratları (yarmalar, makaron məmulatları) yeməyi tövsiyə... 17.02.2024, Sputnik Azərbaycan
2024-02-17T08:03+0400
2024-02-17T08:03+0400
2024-02-17T08:03+0400
şəkər
elm
bioloji
https://cdnn1.img.sputnik.az/img/42233/48/422334870_0:247:2669:1748_1920x0_80_0_0_ec815f4a34e9543cf8bbd786bc526dea.jpg
BAKI, 17 fevral — Sputnik. Fransalı biokimyaçı və sağlam qidalanma üzrə kitabın müəllifi Cessi İnşospe bildirib ki, qanda qlükozanın sabitliyi üçün ərzaq məhsullarından müəyyən qaydada istifadə etmək lazımdır. Əvvəlcə tərəvəzlər, sonra zülal və yağlar, sonda isə karbohidratlar yeyilməlidir. "Health News"un məlumatına görə, adətən qanda qlükozanın miqdarı hər yemək qəbulundan sonra yüngülcə qalxır. Bu, mədəaltı vəzinin insulyar aparatının təbii mexanizmidir. Lakin bəzi hallarda şəkərin qalxması müntəzəm baş verir. Bu isə maddələr mübadiləsinin pozulması və şəkərli diabetdən xəbər verir. İnşospe qlükozanın dövri yüksəlməsini aradan qaldırmaq və şəkərin miqdarını azaltmaq üçün yeməyin ardıcıllığına fikir verməyi məsləhət görür. Biokimyaçı əvvəlcə tərəvəzləri, sonra zülal və yağları (ət, dəniz məhsulları, toyuq), axırda karbohidratları (yarmalar, makaron məmulatları) yeməyi tövsiyə edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42233/48/422334870_0:0:2669:2003_1920x0_80_0_0_4de550a8b3129b6c2bddde94fe94c20e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəkər, bioloji
Qanda şəkərin yüksəlməməsi üçün qida ardıcıllığına önəm verilməlidir - Biokimyaçı
Biokimyaçı əvvəlcə tərəvəzləri, sonra zülal və yağları (ət, dəniz məhsulları, toyuq), axırda karbohidratları (yarmalar, makaron məmulatları) yeməyi tövsiyə edir.
BAKI, 17 fevral — Sputnik. Fransalı biokimyaçı və sağlam qidalanma üzrə kitabın müəllifi Cessi İnşospe bildirib ki, qanda qlükozanın sabitliyi üçün ərzaq məhsullarından müəyyən qaydada istifadə etmək lazımdır. Əvvəlcə tərəvəzlər, sonra zülal və yağlar, sonda isə karbohidratlar yeyilməlidir.
"Health News"un məlumatına görə, adətən qanda qlükozanın miqdarı hər yemək qəbulundan sonra yüngülcə qalxır. Bu, mədəaltı vəzinin insulyar aparatının təbii mexanizmidir. Lakin bəzi hallarda şəkərin qalxması müntəzəm baş verir. Bu isə maddələr mübadiləsinin pozulması və şəkərli diabetdən xəbər verir.
İnşospe qlükozanın dövri yüksəlməsini aradan qaldırmaq və şəkərin miqdarını azaltmaq üçün yeməyin ardıcıllığına fikir verməyi məsləhət görür.
Biokimyaçı əvvəlcə tərəvəzləri, sonra zülal və yağları (ət, dəniz məhsulları, toyuq), axırda karbohidratları (yarmalar, makaron məmulatları) yeməyi tövsiyə edir.