Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Paşinyan və Əliyev sülh sazişi üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər

© Sputnik / Владимир СмирновAzərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan
Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Abunə olmaq
Görüş Almaniya tərəfinin təşəbbüsü ilə təşkil olunub.
BAKI, 17 fevral - Sputnik. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Şolts arasında görüş keçirilib.
Danışıqlarda iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan da iştirak ediblər.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Əliyev və Paşinyan sülh sazişinin əldə edilməsi üçün işi davam etdirmək barədə razılığa gəliblər.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi və regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımlar müzakirə edilib. Sülh müqaviləsi üzərində işin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub” - məlumatda qeyd olunub.

Əliyevlə Paşinyan sonuncu dəfə 2023-cü il iyulun 15-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb.
Ötən ilin oktyabrında Qranadada Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş də nəzərdə tutulmuşdu.
Lakin Azərbaycan tərəfi daha sonra Paris və Berlinin Bakının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət etmək təklifinə qarşı çıxması, eləcə də Makronun ermənipərəst bəyanatları üzündən görüşdən imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0