CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektromobillərin sığorta tarifi niyə artırılıb? Rəsmi cavab

© Sputnik / Murad OrujovElektromobil
Elektromobil - Sputnik Azərbaycan, 1920, 17.02.2024
Abunə olmaq
Qaydalara edilmiş son dəyişikliyə əsasən elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1.5 müəyyən edilib.
BAKI, 17 fevral — Sputnik. Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib. Qaydalara edilmiş son dəyişikliyə əsasən elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1.5 müəyyən edilib.
Qeyd edilib ki, əmsalın müəyyən edilərkən dövlətin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması siyasəti rəhbər tutulub. Bundan əlavə, dövlət qeydiyyatına alınmış elektromobillərin enerji tutumu və at gücü göstəriciləri üzrə təhlillər aparılıb, onların təqsiri üzündən baş vermiş hadisələrin tezliyi və ağırlığı nəzərə alınaraq bu növdən olan bütün minik avtomobillərinə münasibətdə vahid yanaşma tətbiq edilib.
Xatırladaq ki, sığorta tarifinin 1.5 əmsala qaldırılması elektromobillərin baza sığorta haqqını 50 manatdan 75 manata yüksəldib. Bununla da, elektromobillərin sığorta tarifi 1.5-2l. mühərrik həcmli avtomobillərin sığorta tarifi ilə eyniləşdirilib.
Xəbər lenti
0