https://sputnik.az/20240217/azerbaycanda-da-yayilmis-olume-aparan-infeksiyalardan-nece-qorunmali---tebb-den-resept-462666909.html
Azərbaycanda da yayılmış ölümə aparan infeksiyalardan necə qorunmalı - TƏBİB-dən resept
Azərbaycanda da yayılmış ölümə aparan infeksiyalardan necə qorunmalı - TƏBİB-dən resept
Sputnik Azərbaycan
Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. 17.02.2024, Sputnik Azərbaycan
2024-02-17T09:01+0400
2024-02-17T09:01+0400
2024-02-17T09:01+0400
virus
səhiyyə
təbib
respirator xəstəliklər
kəskin respirator virus infeksiyaları
https://cdnn1.img.sputnik.az/img/42411/85/424118542_0:0:3072:1728_1920x0_80_0_0_30a5abd80f0440d158289f0d9239d4dd.jpg
BAKI, 17 fevral — Sputnik. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva respirator virus infeksiyalarından necə qorunmağın yollarını açıqlayıb. N.Mustafayeva bildirib ki, respirator xəstəlik, əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və intoksikasiya ilə səciyyələnən, simptomları və klinik gedişatı oxşar olan bir neçə infeksiyanın törətdiyi xəstəliklərin ümumi adıdır. Respirator xəstəliklərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriyalar və ibtidailər tərəfindən də törədilə bilər. Bütün respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri isə demək olar ki, eynidir. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayevanın sözlərinə görə, respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur: "Qrip törədicilərinin genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir". Ümumiyyətlə, yaşı 65-dən yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslərin yüksək risk qrupuna aid edildiyini vurğulayan N.Musatafeyəv bildirir ki, bu kimi xəstəliklərdə peyvəndlənmə əhəmiyyətlidir. "Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılır. Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir" o, bildirib. Şəxsi gigiyenaya riayət olunmasından bəhs edən N.Mustafayeva qeyd edib ki, gigiyenaya riayət olunması da profilaktik metod hesab olunur. Əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, çox insan sıxlığı olan yerlərdən uzaq durmaq, xəstə şəxslərin ev və şəxsi əşyalarını dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s. bura aid etmək olar: "Xəstəliklərin dünyadakı tendensiyasına nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük, əsasən, simptomatik terapiyaya verilir". Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/85/424118542_319:0:3050:2048_1920x0_80_0_0_54a4cbaa024f12ac64b09b10bb489c7c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
virus, təbib, respirator xəstəliklər, kəskin respirator virus infeksiyaları
virus, təbib, respirator xəstəliklər, kəskin respirator virus infeksiyaları
Azərbaycanda da yayılmış ölümə aparan infeksiyalardan necə qorunmalı - TƏBİB-dən resept
Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur.
BAKI, 17 fevral — Sputnik. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva respirator virus infeksiyalarından necə qorunmağın yollarını açıqlayıb.
N.Mustafayeva bildirib ki, respirator xəstəlik, əsasən, hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və intoksikasiya ilə səciyyələnən, simptomları və klinik gedişatı oxşar olan bir neçə infeksiyanın törətdiyi xəstəliklərin ümumi adıdır. Respirator xəstəliklərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriyalar və ibtidailər tərəfindən də törədilə bilər. Bütün respirator virus infeksiyaları üçün xəstəliyin ilkin əlamətləri isə demək olar ki, eynidir.
TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayevanın sözlərinə görə, respirator infeksiyalar bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Böyüklər və uşaqlarda tənəffüs yollarının xəstəlikləri arasında ön sıradadır və ilkin səhiyyə xidmətləri üzrə ambulator müraciətlərin əsas səbəbi hesab olunur:
"Qrip törədicilərinin genetik strukturları daima dəyişir. Bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Kəskin respirator infeksiyaların müxtəlif törədicilər tərəfindən törədilməsi onların differensial diaqnostikasını, genetik dəyişkənliyi isə onların müalicəsini çətinləşdirir. Nəticədə, bu infeksiyalara nəzarət olunması çətinləşir".
Ümumiyyətlə, yaşı 65-dən yuxarı yetkinlər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr və anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslərin yüksək risk qrupuna aid edildiyini vurğulayan N.Musatafeyəv bildirir ki, bu kimi xəstəliklərdə peyvəndlənmə əhəmiyyətlidir.
"Bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılır. Milli Peyvənd Proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə, ildə bir dəfə qrip əleyhinə vaksinasiya tövsiyə olunur. Növbəti mövsüm hansı virusun sirkulyasiya edəcəyinə dair Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi hər il dəyişdirilir" o, bildirib.
Şəxsi gigiyenaya riayət olunmasından bəhs edən N.Mustafayeva qeyd edib ki, gigiyenaya riayət olunması da profilaktik metod hesab olunur. Əlləri tez-tez sabunla yumaq, öskürmə və asqırma zamanı ağzı örtmək, çox insan sıxlığı olan yerlərdən uzaq durmaq, xəstə şəxslərin ev və şəxsi əşyalarını dezinfeksiya etmək, ən yüngül qrip simptomları hiss etdikdə belə maska taxmaq və s. bura aid etmək olar:
"Xəstəliklərin dünyadakı tendensiyasına nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur. Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük, əsasən, simptomatik terapiyaya verilir".
Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təzyiqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə mütləq həkimə müraciət olunmalıdır.