Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizində Rusiyanın sərnişin gəmisi batıb: itkin düşənlər var

© Sputnik / Денис Петров / Mediabanka keçidBatmış gəmi, arxiv
Batmış gəmi, arxiv - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparırlar.
BAKI, 16 fevral — Sputnik. Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb.
Bu barədə TASS Rusiyanın İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı iki nəfər itkin düşüb.
"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb" - məlumatda deyilir.
Bildirilib ki, daha bir nəfər qayıq tərəfindən sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda itkin düşənlərin axtarışı davam edir. Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparırlar.
Xəbər lenti
0