https://sputnik.az/20240216/usaqlar-tebii-ehtiyaclarini-nece-odeyirler-586-sagirdin-oxudugu-mektebde-tualet-yoxdur-462671936.html
Uşaqlar təbii ehtiyaclarını necə ödəyirlər? 586 şagirdin oxuduğu məktəbdə tualet yoxdur
Uşaqlar təbii ehtiyaclarını necə ödəyirlər? 586 şagirdin oxuduğu məktəbdə tualet yoxdur
Sputnik Azərbaycan
Salyanda məktəblilərə tualetə getməyə imkan vermirlər
2024-02-16T17:10+0400
2024-02-16T17:10+0400
2024-02-16T17:32+0400
tualet
cəmiyyət
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312342_0:180:2121:1373_1920x0_80_0_0_c4a0eadc5db9371e237204ee7bb02f58.jpg
BAKI, 16 fevral — Sputnik. Sosial şəbəkələrdə Salyan Rayon Qarabağlı kənd 2 saylı orta məktəbin ayaqyolunun antisanitar vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Yayılan görüntülərdə məktəbin ayaqyolunun qapısının və unitazının olmadığı antisanitar vəziyyət əks olunub. Salyan Rayon Qarabağlı kənd 2 saylı orta məktəbin direktoru Asya Maqsudova Sputnik Azərbaycan -a açıqlamasında bildirib ki, məktəbin sanitar qovşağının tikintisi hələ tam başa çatmayıb. "Elm və Təhsil Nazirliyi tərəfindən hal hazırda Qarabağlı 2 saylı tam orta məktəbin şagirdləri üçün yeni sanitar qovşağının tikinti işləri davam etdirilir, yaxın müddətdə yeni sanitar qovşağı şagirdlərin istifadəsinə veriləcək" - direktor bildirib. Asya Maqsudova onu da əlavə edib ki, hazırda məktəbin şagirdlər üçün ayaqyolu yoxdur. Yalnız qızlar müəllimlər üçün ayrılmış ayaqyolundan istifadə edirlər. Oğlan şagirdlərin isə bu ayaqyolundan istifadə etməsinə icazə verilmir. Yaxın bir həftə ərzində məktəbin şagirdlər üçün nəzərdə tutulmuş ayaqyolunun tikintisi başa çatdıqdan sonra oğlan şagirdlər də həmin sanitar qovşaqdan istifadə edəcəklər. Asya Maqsudova bildirib ki, məktəbdə 586 şagird təhsil alır. Kənd sakinləri isə sentyabr ayından indiyədək məktəbin ayaqyolunun tikintisinin başa çatdırılmadığından şikayətləniblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312342_0:0:1885:1414_1920x0_80_0_0_a52fe9925fff8b88c5647ab7959678d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ayaqyolu tualet salyanda məktəbdə tualet yoxdur
ayaqyolu tualet salyanda məktəbdə tualet yoxdur
Uşaqlar təbii ehtiyaclarını necə ödəyirlər? 586 şagirdin oxuduğu məktəbdə tualet yoxdur
17:10 16.02.2024 (Yenilənib: 17:32 16.02.2024) Direktor Asya Maqsudova hazırda məktəbdə müəllimlər üçün ayaqyolunun olduğunu, şagirdlərin isə ora buraxılmadığını bildirib.
BAKI, 16 fevral — Sputnik. Sosial şəbəkələrdə Salyan Rayon Qarabağlı kənd 2 saylı orta məktəbin ayaqyolunun antisanitar vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Yayılan görüntülərdə məktəbin ayaqyolunun qapısının və unitazının olmadığı antisanitar vəziyyət əks olunub.
Salyan Rayon Qarabağlı kənd 2 saylı orta məktəbin direktoru Asya Maqsudova Sputnik Azərbaycan -a açıqlamasında bildirib ki, məktəbin sanitar qovşağının tikintisi hələ tam başa çatmayıb.
"Elm və Təhsil Nazirliyi tərəfindən hal hazırda Qarabağlı 2 saylı tam orta məktəbin şagirdləri üçün yeni sanitar qovşağının tikinti işləri davam etdirilir, yaxın müddətdə yeni sanitar qovşağı şagirdlərin istifadəsinə veriləcək" - direktor bildirib.
Asya Maqsudova onu da əlavə edib ki, hazırda məktəbin şagirdlər üçün ayaqyolu yoxdur. Yalnız qızlar müəllimlər üçün ayrılmış ayaqyolundan istifadə edirlər. Oğlan şagirdlərin isə bu ayaqyolundan istifadə etməsinə icazə verilmir. Yaxın bir həftə ərzində məktəbin şagirdlər üçün nəzərdə tutulmuş ayaqyolunun tikintisi başa çatdıqdan sonra oğlan şagirdlər də həmin sanitar qovşaqdan istifadə edəcəklər.
Asya Maqsudova bildirib ki, məktəbdə 586 şagird təhsil alır.
Kənd sakinləri isə sentyabr ayından indiyədək məktəbin ayaqyolunun tikintisinin başa çatdırılmadığından şikayətləniblər.