https://sputnik.az/20240216/siyavus-novruzovdan-unikal-ceza-teklifi-15-gun-kuce-supurtmek-462671539.html
Siyavuş Novruzovdan unikal cəza təklifi: "15 gün küçə süpürtmək"
Siyavuş Novruzovdan unikal cəza təklifi: "15 gün küçə süpürtmək"
Sputnik Azərbaycan
Deputat deyib ki, iki ildən sonra başqa ölkələrin səmasında uçan taksilər fəaliyyət göstərəcək. Biz də tramvayın yox, uçan taksilərin xəyalını qurmalıyıq. 16.02.2024, Sputnik Azərbaycan
2024-02-16T19:08+0400
2024-02-16T19:08+0400
2024-02-16T19:08+0400
siyavuş novruzov
cəmiyyət
taksi
avtomobil
tramvay
https://cdnn1.img.sputnik.az/img/41412/85/414128501_0:0:2001:1125_1920x0_80_0_0_59b4689b92f722b15a6cccacba440f98.jpg
BAKI, 16 fevral - Sputnik. Deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında paytaxt yolları, ödənişili yol və Bakıya tramvay xətlərinin qaytarılması ilə bağlı maraqlı fikirlər səsləndirib. "Şəhərdə artıq 3 yol müəyyənləşib - Avtobus, velosiped və digər maşınlar üçün yollar. Bu sıxlıqda onların necə idarə olunması məsələsi problem yaradır. Avtobus yoludursa, mütəmadi boş saxlanılır və digər avtomobillər ora daxil olan kimi cərimələnir. Bunu elə tənzimləmək olar ki, avtobuslar olmayanda digər maşınlar da bu yola daxil olsun. Avtobus gələndə isə həmin yollar boşaldılsın" - deputat deyib. Gələcəkdə Bakıda tramvay yollarının bərpa edilməsi barədə cəmiyyətdə gedən müzakirələrə toxunan Novruzov, adamları geri yox, irəli baxmağa dəvət edib: "Bir az irəli baxmaq lazımdır. Yaponiyada, Çində, Cənubi Koreyada, Birləşmiş Ərəb Əmirliklərində göydə uçan taksilər fəaliyyətə başlayır. İki ildən sonra görəcəyik ki, başqa ölkələrin səmasında həmin taksilər fəaliyyət göstərir. Biz o istiqamətdə düşünməliyik. Yeraltı nəqliyyatın daha çox istifadə olunmasından bəhrələnməliyik". Deputat həmçinin qeyd edib ki, ödənişli yollardan sui-istifadə edənlər var və onlara layiqli cəza verilməlidir: "Biri avtomobili yüksək sürətlə əksinə sürür. Digəri isə 200-lə avtomobili sürüb sosial şəbəkədə paylaşır. Bunlara cərimə ilə yanaşı 15 gün küçə süpürtmək lazımdır ki, heç olmasa, bu insanlar ağıllansın. Az qalıb bu insanları sosial şəbəkədə qəhrəmana çevirsinlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41412/85/414128501_0:0:1707:1280_1920x0_80_0_0_780421d852876a18bac78325e78331ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, taksi, avtomobil, tramvay
siyavuş novruzov, taksi, avtomobil, tramvay
Siyavuş Novruzovdan unikal cəza təklifi: "15 gün küçə süpürtmək"
Deputat deyib ki, iki ildən sonra başqa ölkələrin səmasında uçan taksilər fəaliyyət göstərəcək. Biz də tramvayın yox, uçan taksilərin xəyalını qurmalıyıq.
BAKI, 16 fevral - Sputnik. Deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında paytaxt yolları, ödənişili yol və Bakıya tramvay xətlərinin qaytarılması ilə bağlı maraqlı fikirlər səsləndirib.
"Şəhərdə artıq 3 yol müəyyənləşib - Avtobus, velosiped və digər maşınlar üçün yollar. Bu sıxlıqda onların necə idarə olunması məsələsi problem yaradır. Avtobus yoludursa, mütəmadi boş saxlanılır və digər avtomobillər ora daxil olan kimi cərimələnir. Bunu elə tənzimləmək olar ki, avtobuslar olmayanda digər maşınlar da bu yola daxil olsun. Avtobus gələndə isə həmin yollar boşaldılsın" - deputat deyib.
Gələcəkdə Bakıda tramvay yollarının bərpa edilməsi barədə cəmiyyətdə gedən müzakirələrə toxunan Novruzov, adamları geri yox, irəli baxmağa dəvət edib: "Bir az irəli baxmaq lazımdır. Yaponiyada, Çində, Cənubi Koreyada, Birləşmiş Ərəb Əmirliklərində göydə uçan taksilər fəaliyyətə başlayır. İki ildən sonra görəcəyik ki, başqa ölkələrin səmasında həmin taksilər fəaliyyət göstərir. Biz o istiqamətdə düşünməliyik. Yeraltı nəqliyyatın daha çox istifadə olunmasından bəhrələnməliyik".
Deputat həmçinin qeyd edib ki, ödənişli yollardan sui-istifadə edənlər var və onlara layiqli cəza verilməlidir:
"Biri avtomobili yüksək sürətlə əksinə sürür. Digəri isə 200-lə avtomobili sürüb sosial şəbəkədə paylaşır. Bunlara cərimə ilə yanaşı 15 gün küçə süpürtmək lazımdır ki, heç olmasa, bu insanlar ağıllansın. Az qalıb bu insanları sosial şəbəkədə qəhrəmana çevirsinlər".