https://sputnik.az/20240216/operator-ve-provayderlerin-muqavilelerinde-uygunsuzluqlar-askarlanib-462667640.html
Operator və provayderlərin müqavilələrində uyğunsuzluqlar aşkarlanıb
Operator və provayderlərin müqavilələrində uyğunsuzluqlar aşkarlanıb
Sputnik Azərbaycan
Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib. 16.02.2024, Sputnik Azərbaycan
2024-02-16T19:37+0400
2024-02-16T19:37+0400
2024-02-16T19:37+0400
provayder
azərbaycan xəbərləri
informasiya
telekommunikasiya
https://cdnn1.img.sputnik.az/img/42147/56/421475605_0:163:3061:1885_1920x0_80_0_0_3de5a1d53d8d0522e161224e192b5c28.jpg
BAKI, 16 fevral — Sputnik. Azərbaycanda operator və provayderlərin abunəçilərlə bağlanan müqavilələrində uyğunsuzluqlar aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib. Bildirilib ki, telekommunikasiya operator və provayderlərinin abunə müqavilələrinin qanunvericiliyə uyğunlaşdırılması təmin edilir. "Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçota alınmış internet telekommunikasiya xidməti göstərən operator və ya provayderlərlə abunəçilər arasında bağlanan abunə müqavilələrinin "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş zəruri tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində təhlillər aparmağı davam etdirir. Həyata keçirilən təhlillər nəticəsində uçota alınmış 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb və "Telekommunikasiya haqqında" Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib". Qurumdan verilən xəbərə görə, abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib. Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb. Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini "Telekommunikasiya haqqında" Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35%-ə çatdırılıb. Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib. Xatırladaq ki, "Telekommunikasiya haqqında" Qanunun 43.1-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42147/56/421475605_166:0:2897:2048_1920x0_80_0_0_b730f97a7aa56145e24bae5d81704ff8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
provayder, informasiya, telekommunikasiya
provayder, informasiya, telekommunikasiya
Operator və provayderlərin müqavilələrində uyğunsuzluqlar aşkarlanıb
Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib.
BAKI, 16 fevral — Sputnik. Azərbaycanda operator və provayderlərin abunəçilərlə bağlanan müqavilələrində uyğunsuzluqlar aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib. Bildirilib ki, telekommunikasiya operator və provayderlərinin abunə müqavilələrinin qanunvericiliyə uyğunlaşdırılması təmin edilir.
"Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçota alınmış internet telekommunikasiya xidməti göstərən operator və ya provayderlərlə abunəçilər arasında bağlanan abunə müqavilələrinin "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş zəruri tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində təhlillər aparmağı davam etdirir. Həyata keçirilən təhlillər nəticəsində uçota alınmış 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb və "Telekommunikasiya haqqında" Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib".
Qurumdan verilən xəbərə görə, abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib. Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb.
Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini "Telekommunikasiya haqqında" Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35%-ə çatdırılıb.
Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib.
Xatırladaq ki, "Telekommunikasiya haqqında" Qanunun 43.1-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.