Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Makkartninin 50 il əvvəl oğurlanan gitarası geri qaytarılıb

© AP Photo / Chris PizzelloPaul Mak Kartni
Paul Mak Kartni - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Gitaranın qiymətinin hazırda, təxminən 10 milyon funt-sterlinq olduğu bildirilir.
BAKI, 16 fevral — Sputnik. Keçmiş "Beatles" qrupunun üzvü Pol Makkartninin oğurlanmış bas gitarası ona geri qaytarılıb. Gitara 1972-ci ildə onun mikroavtobusundan yoxa çıxmışdı.
Bu barədə "Telegraph" xəbər verib.
"Höfner" şirkətinin istehsalı olan gitaranı kasıb bir London sakini oğurlayaraq onu "Notinq-Hill"də meyxana sahibinə satıb. 50 ildən çox vaxt keçdikdən sonra alət meyxanaçının ailəsinin yaşadığı evin çardağında aşkar edilib.
Gitaranın qiymətinin hazırda, təxminən 10 milyon funt-sterlinq olduğu dəqiqləşdirilir.
Əvvəllər "The Beatles" qrupunun son mahnısı olan "Now and Then" Böyük Britaniyanın musiqi hit-paradlarına başçılıq edirdi. Con Lennonun vokalları ilə hazırlanmış trekin buraxılışı 2023-cü ilin 2 noyabrında baş tutub. Kompozisiya 10 saat ərzində reytinqdə 42-ci yeri tutmağı bacarıb.
Xəbər lenti
0