https://sputnik.az/20240216/herbi-attaselik-aparatinin-numayendeleri-moskvada-kecirilen-iclasda-istirak-edibler-462665478.html
Hərbi attaşelik aparatının nümayəndələri Moskvada keçirilən iclasda iştirak ediblər
Hərbi attaşelik aparatının nümayəndələri Moskvada keçirilən iclasda iştirak ediblər
Sputnik Azərbaycan
Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb. 16.02.2024, Sputnik Azərbaycan
2024-02-16T14:58+0400
2024-02-16T14:58+0400
2024-02-16T14:58+0400
hərbi attaşe
hərbi
mdb
müstəqil
müstəqil dövlətlər birliyi
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/10/462665149_0:52:1000:615_1920x0_80_0_0_7046ad6e75ecca502622d40798604c8e.jpg
BAKI, 16 fevral — Sputnik. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər. MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonda iclasın gedişatı və aparılmış müzakirələrə dair protokol imzalanıb. Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb. Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur. Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/10/462665149_56:0:945:667_1920x0_80_0_0_3470b203bed4e58c6ff65dadbd134b0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi attaşe, mdb, müstəqil, müstəqil dövlətlər birliyi, ermənistan
hərbi attaşe, mdb, müstəqil, müstəqil dövlətlər birliyi, ermənistan
Hərbi attaşelik aparatının nümayəndələri Moskvada keçirilən iclasda iştirak ediblər
Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb.
BAKI, 16 fevral — Sputnik. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər.
MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda iclasın gedişatı və aparılmış müzakirələrə dair protokol imzalanıb.
Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb.
Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur.
Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.