NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropa İttifaqı sanksiya tətbiq etdiyi Rusiyadan görün neçə milyardlıq neft və qaz alıb

© iStock.com / imaginimaQaz boruları
Qaz boruları - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
2023-cü ildə Rusiya Avropa İttifaqına sanksiyalara məruz qalmayan karbohidrogenlər tədarükünü davam etdirib.
BAKI, 16 fevral — Sputnik. Son bir ildə Aİ ölkələrinin Rusiya Federasiyasından aldıqları neft, neft məhsulları və qazın ümumi dəyəri 29 milyard avronu keçib.
"RBC" bu barədə "Eurostat"ın məlumatlarına istinadən xəbər verib.
"2023-cü ildə Rusiya Avropa İttifaqına sanksiyalara məruz qalmayan karbohidrogenlər tədarükünü davam etdirib. Aİ ölkələri Rusiyadan 29 milyard avrodan çox dəyərində neft, neft məhsulları və qaz alıblar" - hesabatda belə deyilir.
Qeyd edək ki, 2021-ci ilin "sanksiyadan əvvəlki" ili ilə müqayisədə Avropa İttifaqı ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 2,8 dəfə azalıb. Ötən il Avropanın 27 ölkəsinə ümumilikdə 50,64 milyard avro dəyərində Rusiya malları tədarük edilib. Rusiya Federasiyasına idxal olunan Avropa mallarının dəyəri 38,32 milyard avro təşkil edib.
Əvvəllər bildirilirdi ki, Rusiya Federasiyası ötən il Asiya-Sakit okean regionu ölkələrinə 193 milyon ton neft ixrac edib və bu sahədə Çinin ən böyük tədarükçüsü olub. Rusiya neftinin Çinə satışı 24% artıb.
Xəbər lenti
0