Tarixdə bu gün: 15 fevral – FOTO
08:37 15.02.2024 (Yenilənib: 10:21 15.02.2024)
© Sputnik / Elnur Salayev15 fevral
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 15 fevral — Sputnik. Fevralın 15-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 15-də kimlər dünyaya gəlib?
Arif Paşayev (1934) - Azərbaycan alimi, Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan SSR Dövlət Mükafatı laureatı və Milli Aviasiya Akademiyasının rektorudur (1996).
© Official website of President of Azerbaijan RepublicArif Paşayev
Arif Paşayev
Qalileo Qaliley (1564-1642) - italyan fiziki, alimi, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi metodun banilərindən biridir. O, göy cisimlərini müşahidə etmək üçün teleskopdan ilk istifadə edənlərdən biri olub və bir sıra görkəmli astronomik kəşflər edib. Qaliley öz təcrübələri ilə Aristotelin nəzəriyyəsini inandırıcı şəkildə təkzib edib və klassik mexanikanın əsasını qoyub.
Fevralın 15-də dünyada baş verən tarixi hadisələr
1961-ci ildə Belçikanın "Sabena" aviaşirkətinin Nyu-Yorkdan havaya qalxan 548 reysli "Boing 707" təyyarəsi Brüsselə enərkən qəzaya uğrayıb. Təyyarədə olan 72 nəfərin hamısı, eləcə də yerdə olan bir nəfər həlak olub.
2009-cu ildən Beynəlxalq Əməliyyat Tibb bacısı Günü qeyd edilir.
2010-cu ildə Belçika tarixində ən böyük dəmir yolu qəzası baş verib. 300-ə yaxın sərnişinin olduğu iki sərnişin qatarının toqquşması nəticəsində 18 nəfər həlak olub, 162 nəfər yaralanıb.
2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri yaxınlığında kiçik asteroidin parçalarının düşməsi hadisəsi olub. Bu steroid Yer atmosferinə çataraq yavaşlaması nəticəsində partlayıb. Partlayıb yanan asteroidin zərbə dalğası nəticəsində bir neçə binanın şüşələri sınıb, mindən çox insan xəsarət alıb. NASA-nın hesablamalarına görə, bu hadisə 1908-ci ildə Sibirin Tunquska ərazisində partlamış meteordan sonra Yerə düşən ən boyük göy cisimlərindən biridir. Bu miqyasda hadisələr orta hesabla 100 ildə bir dəfə baş verir.
© Sputnik / Александр Кондратюк / Mediabanka keçidÇelyabinsk meteoriti Çelyabinsk Diyarşünaslıq Muzeyində sərgilənir
Çelyabinsk meteoriti Çelyabinsk Diyarşünaslıq Muzeyində sərgilənir
© Sputnik / Александр Кондратюк
/ 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edib.
© Azərtacİlham Əliyev - Münhen Təhlükəsizlik Konfransı
İlham Əliyev - Münhen Təhlükəsizlik Konfransı
© Azərtac
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.