DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Senator Kiyevə yardımın əleyhinə çıxış edib

© AP Photo / Manuel Balce CenetaABŞ və Ukrayna bayraqları, arxiv şəkli
ABŞ və Ukrayna bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.02.2024
Abunə olmaq
Qrem bu qərarı ABŞ-ın keçmiş lideri Donald Trampın təsiri altında verib.
BAKI, 15 fevral — Sputnik. Cənubi Karolina senatoru Lindsi Qrem Ukrayna tərəfinə yeni yardımın ayrılmasının əleyhinə səs verib.
"The Washington Post" bu barədə yazıb.
Əvvəllər rusiyalıların ölümünə sevinən respublikaçı 95 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıb - bu məbləğin 60 milyarddan çoxu Kiyevə çata bilər.
Nəşrin məlumatına görə, Qrem bu qərarı ABŞ-ın keçmiş lideri Donald Trampın təsiri altında verib.
"Mən bu gün Trampla danışdım. O, qəti şəkildə bu paketin əleyhinədir" – senator belə deyib.
Xatırladaq ki, 2023-cü ilin yazında Qrem Ukrayna lideri Vladimir Zelenski ilə görüşü zamanı rusiyalıların ölümünü Amerika vəsaitlərinin "ən uğurlu" israfı adlandırmışdı. Bundan əlavə, o, ABŞ Prezidenti Co Baydeni Rusiya Federasiyası ilə münaqişədə Ukraynaya kömək etmək üçün "daha çox nələrsə etməyə" çağırıb.
Bundan əvvəl xəbər verilmişdi ki, amerikalı senator Mayk Li öz həmkarlarını, təxminən dörd saat ərzində Ukraynaya yardım haqqında qanun layihəsinin əleyhinə səs verməyə çağırıb.
Xəbər lenti
0