https://sputnik.az/20240215/nufuz-alverinde-ittiham-olunan-vekil-baresinde-cinayet-isi-baslanib-462637204.html
Nüfuz alverində ittiham olunan vəkil barəsində cinayət işi başlanıb
Nüfuz alverində ittiham olunan vəkil barəsində cinayət işi başlanıb
Sputnik Azərbaycan
Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib. 15.02.2024, Sputnik Azərbaycan
2024-02-15T11:25+0400
2024-02-15T11:25+0400
2024-02-15T12:29+0400
vəkil
cəmiyyət
məhkəmə
məhkəmə
şübhəli şəxs
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 15 fevral — Sputnik. Vəkillər Kollegiyasının üzvünün qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb. Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulmuş və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vəkil, məhkəmə, məhkəmə, şübhəli şəxs
vəkil, məhkəmə, məhkəmə, şübhəli şəxs
Nüfuz alverində ittiham olunan vəkil barəsində cinayət işi başlanıb
11:25 15.02.2024 (Yenilənib: 12:29 15.02.2024) Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.
BAKI, 15 fevral — Sputnik. Vəkillər Kollegiyasının üzvünün qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb.
Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulmuş və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.