https://sputnik.az/20240215/mikayil-cabbarov-bu-ili-azerbaycan-iqtisadiyyati-yuksek-gostericilerle-baslayib-462639793.html
Mikayıl Cabbarov: Bu ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb
Mikayıl Cabbarov: Bu ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb
Sputnik Azərbaycan
Cabbarov qeyd edib ki, 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub 15.02.2024, Sputnik Azərbaycan
2024-02-15T13:08+0400
2024-02-15T13:08+0400
2024-02-15T13:25+0400
mikayıl cabbarov
iqtisadiyyat
iqtisadi artım
qeyri-neft sektoru
qeyri-neft
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427349462_0:0:3073:1728_1920x0_80_0_0_ed9e9e77370de5567aba383e6ee6f1ab.jpg
BAKI, 15 fevral — Sputnik. Dövlətimiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. Bu sözləri "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda forumda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov deyib. M.Cabbarov qeyd edib ki, 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub: "2024-cü ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb". O bildirib ki, bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək. Nazir deyib ki, öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik. "Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək" - Mikayıl Cabbarov vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1e/427349462_0:0:2731:2048_1920x0_80_0_0_8963b8502f5bede5a47cfc5330f80ce8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mikayıl cabbarov, iqtisadi artım, qeyri-neft sektoru, qeyri-neft
mikayıl cabbarov, iqtisadi artım, qeyri-neft sektoru, qeyri-neft
Mikayıl Cabbarov: Bu ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb
13:08 15.02.2024 (Yenilənib: 13:25 15.02.2024) Cabbarov qeyd edib ki, 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub
BAKI, 15 fevral — Sputnik. Dövlətimiz dünyada baş verən qlobal çağırışlara adekvat yanaşma nümayiş etdirir. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir.
Bu sözləri "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda forumda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov deyib.
M.Cabbarov qeyd edib ki, 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7 faiz artım dinamikasına malik olub: "2024-cü ili Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb".
O bildirib ki, bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək.
Nazir deyib ki, öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik.
"Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək" - Mikayıl Cabbarov vurğulayıb.