Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Dünyanın ən uzun qaz boru kəmərlərinə malik olan ölkələr

Abunə olmaq
Bu gün dünyada 69,7 min km qaz boru kəməri tikinti mərhələsindədir. Mövcud qaz boru kəmərlərinin uzunluğuna görə hansı ölkələrin lider olduğu barədə daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
"Global Energy Monitor"un hesabatında qeyd edilib ki, hazırda tikilməkdə olan qaz boru kəmərlərinin uzunluğu Yer kürəsini bir yarım dəfə dövr etmək üçün kifayət edir. Bununla yanaşı, 2023-cü ildə tikintisinə başlanılan yeni qaz boru kəmərlərinin sayı 2022-ci illə müqayisədə 18% çoxdur.
Hesabata görə, dünyada tikinti mərhələsində olan uzunluğu 69,7 min km qaz boru kəməri var ki, onların da dəyəri təxminən 194 milyard dollardır, müxtəlif inkişaf mərhələsində isə ümumi dəyəri təxminən 720 milyard dollar təşkil edən qaz boru kəməri uzunluğu 228 min km-dən artıqdır.
Asiya regionu qaz boru kəmərlərinin tikintisinə görə dünyada liderdir - dəyəri 117,2 milyard dollar təşkil edən tikilməkdə olan boru kəmərlərinin 82%-i bu regionun payına düşür. Eyni zamanda, Çin və Hindistan dünya qaz boru kəmərlərinin tikintisinin 65%-ni təşkil edir.
Qeyd etmək lazımdır ki, ABŞ-da fəaliyyət göstərən qaz boru kəmərlərinin ümumi uzunluğu 340 min km-dir ki, bu da ölkəni bu göstərici üzrə dünya lideri edir. Çində bu rəqəm 122 min km-dən çox, Rusiyada isə 113 min km-dir.
Qeyd edək ki, Azərbaycanda mövcud qaz boru kəmərlərinin uzunluğu 1,5 min km, tikilməkdə olanların isə uzunluğu 231 km-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0