https://sputnik.az/20240214/xezer-denizinde-gemi-berelerin-sayi-artirilacaq-462614545.html
Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq
Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq
Sputnik Azərbaycan
Xəzəryanı ölkələrlə artıq həmin gəmilərin istehsalı və istismarı ilə bağlı proseslər davam edəcək. 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T12:01+0400
2024-02-14T12:01+0400
2024-02-14T12:11+0400
gəmi
iqtisadiyyat
avropa ittifaqı
mdb
bərə
qafqaz
asiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/01/460137304_0:47:900:553_1920x0_80_0_0_a23344671027beb9350d240058b7382b.jpg
BAKI, 14 fevral — Sputnik. Xəzər dənizində hazırda gəmi-bərələrlə bağlı problemlər var və onun həlli üçün müəyyən işlər həyata keçirilir. Bunu "Report"a açıqlamasında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib. Onun sözlərinə görə, hazırda Orta Asiya-Türkiyə istiqamətində yükdaşımalar artır:"TRACECA olaraq bu istiqamətdə müəyyən tədqiqat aparırıq. Xəzərdə tələb edilən gəmi-bərələrin optimal həcmini, sayını, ölçüsünü müəyyən etməliyik. Bundan sonra Xəzəryanı ölkələrlə artıq həmin gəmilərin istehsalı və istismarı ilə bağlı proseslər davam edəcək", -deyə R. Bayramov qeyd edib. Xatırladaq ki, TRACECA Avropa İttifaqının MDB-yə göstərdiyi texniki yardım çərçivəsində həyata keçirilən xüsusi layihədir. Layihə 1993-cü ilin mayında Belçikanın paytaxtı Brüsseldə keçirilmiş konfransda 8 ölkənin iştirakı ilə qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
qafqaz
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/01/460137304_50:0:850:600_1920x0_80_0_0_68fcd24093868faddd1a52241fe581c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gəmi, avropa ittifaqı, mdb, bərə, qafqaz, asiya
gəmi, avropa ittifaqı, mdb, bərə, qafqaz, asiya
Xəzər dənizində gəmi-bərələrin sayı artırılacaq
12:01 14.02.2024 (Yenilənib: 12:11 14.02.2024) Xəzəryanı ölkələrlə artıq həmin gəmilərin istehsalı və istismarı ilə bağlı proseslər davam edəcək.
BAKI, 14 fevral — Sputnik. Xəzər dənizində hazırda gəmi-bərələrlə bağlı problemlər var və onun həlli üçün müəyyən işlər həyata keçirilir.
Bunu "Report"a açıqlamasında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda Orta Asiya-Türkiyə istiqamətində yükdaşımalar artır:
"Xəzər dənizində gəmi-bərələrlə bağlı çatışmazlıq hiss edilir. Hazırda bu problem üzərində düşünülür. Bərələrin tipi, ölçüsü, texniki göstəriciləri ilə bağlı məsələlər nəzərdən keçirilir. Əsas məsələ bərələrin mövcud yük həcmini emal edə bilməsidir".
"TRACECA olaraq bu istiqamətdə müəyyən tədqiqat aparırıq. Xəzərdə tələb edilən gəmi-bərələrin optimal həcmini, sayını, ölçüsünü müəyyən etməliyik. Bundan sonra Xəzəryanı ölkələrlə artıq həmin gəmilərin istehsalı və istismarı ilə bağlı proseslər davam edəcək", -deyə R. Bayramov qeyd edib.
Xatırladaq ki, TRACECA Avropa İttifaqının MDB-yə göstərdiyi texniki yardım çərçivəsində həyata keçirilən xüsusi layihədir. Layihə 1993-cü ilin mayında Belçikanın paytaxtı Brüsseldə keçirilmiş konfransda 8 ölkənin iştirakı ilə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.