Tarixdə bu gün: 14 fevral

© Sputnik / Elnur Salayev14 fevral
14 fevral - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 14 fevral — Sputnik. Fevralın 14-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 14-də kimlər dünyaya gəlib?
Babur (1483-1530) - özbək şairi, mütəfəkkiri, tarixçisi və dövlət xadimidir. O, Baburilər sülaləsinin və imperiyasının banisidir.
Maykl Rubens (1942) amerikalı iş adamı və Nyu-Yorkun 108-ci meridir. "Forbes"ə görə o, dünyanın ən zəngin adamları sırasındadır, 2020-ci ilə qədər 48 milyard dollar sərvəti ilə 16-cı yerdə qərarlaşıb.
İbrahim Çelikkol (1982) - Türkiyənin aktyoru və modelidir. O, "Ağ-Qara sevgi", "Möhtəşəm ikili", "Doğulduğun ev sənin taleyindir", "Quşun uçuşu" və s. seriallarda rol alıb.
İrina Dubtsova (1982) - rusiyalı müğənni, şair və bəstəkardır. O, "Ulduz fabriki-4" televiziya layihəsinin qalibi və "Ulduz fabriki. Qayıdış" layihəsinin finalçısıdır.
Yuliya Saviçeva (1987) - rusiyalı müğənni və aktrisadır. O, "Ulduz fabriki-2" televiziya layihəsinin finalçısı, "Eurovision-2004" mahnı müsabiqəsinin iştirakçısıdır.
Fevralın 14-də dünyada baş verən tarixi hadisələr
1009-cu ildə Litva toponimi ilk dəfə tarixi mənbələrdə qeyd edilib.
Литва, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Litva
1834-cü ildə Lionda toxucuların ümumi tətili başlayıb və bu tətil zamanı ilk dəfə olaraq işçilərin inqilabi mübarizəsinin simvolu olaraq qırmızı bayraq qaldırılıb.
1933-cü ildə Parisdə ilk dəfə telefon xidməti açılıb.
1950-ci ildə Moskvada Sovet-Çin Dostluq, Müttəfiqlik və Qarşılıqlı kömək barədə müqavilə imzalanıb. Bu müqavilə həmin il aprelin 11-də qüvvəyə minib və 1980-ci il aprelin 11-dək qüvvədə olub.
2005-ci ildə dünyanın ən məşhur "YouTube" video paylaşma sistemi fəaliyyətə başlayıb.
© Sputnik / Ramil SitdikovYouTube
YouTube  - Sputnik Azərbaycan, 1920, 14.02.2024
YouTube
Dünyanın bir çox ölkəsində Müqəddəs Valentin Günü (Valentine's Day) və ya Sevgililər Günü qeyd olunur. Sevgililər gününün XVI əsrdən artıqdır ki, mövcud olduğu güman edilir. Qərbi Avropada Müqəddəs Valentin Günü XIII əsrdən, ABŞ-da 1777-ci ildən geniş şəkildə qeyd olunmağa başlayıb.
© Sputnik / Murad OrujovValentin günü
День святого Валентина в Баку - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Valentin günü
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0