https://sputnik.az/20240214/semkirde-donerden-zeherlenen-usaqlarla-bagli-regional-tehsil-idaresinden-aciqlama-462621331.html
Şəmkirdə dönərdən zəhərlənən uşaqlarla bağlı Regional Təhsil idarəsindən açıqlama
Şəmkirdə dönərdən zəhərlənən uşaqlarla bağlı Regional Təhsil idarəsindən açıqlama
Sputnik Azərbaycan
Onlardan üçü Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləridir. 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T15:50+0400
2024-02-14T15:50+0400
2024-02-14T15:51+0400
dönər
cəmiyyət
şəmkir
məktəb
şagird
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0e/457674201_0:176:3072:1903_1920x0_80_0_0_a65694b58c968cd02b4d5024993456f1.jpg
BAKI, 14 fevral — Sputnik. Şəmkirdə dönərdən zəhərlənən uşaqların hansı məktəblərdə təhsil aldığı məlum olub. Qazax-Tovuz Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, onlar Şəmkirin müxtəlif təhsil müəssisələrində təhsil alan şagirdlərdir. 13.02.2024-cü il tarixində məktəbdən kənarda günün müxtəlif saatlarında Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri: 1. Quliyev Renat Arzu oğlu - (04.08.2015) 2. Cəlilov Cihat Elvin oğlu - (27.08.2015) 3. Nadirova Zəhra İlkin qızı - (28.01.2015) Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbin şagirdi: 4. Məmmədova İpək Müşviq qızı - (15.06.2015) Şəmkir rayon İrmaşlı kənd 2 nömrəli tam orta məktəbin şagirdi: 5.İsgəndərov Sunal Şəmşir oğlu - (22.07.2013) Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdləri: 6. Məmmədli Asəf Məmməd oğlu-(11.11.2015) 7. Məmmədli Banu Məmməd qızı- (01.12.2017) qida (dönər) zəhərlənməsindən Şəmkir rayon Mərkəzi xəstəxanasına müraciət ediblər.Məktəblilər ilkin müayinə edilib və evə buraxılıblar. Şagirdlərin vəziyyəti yaxşıdır və bu gün tədris prosesində iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0e/457674201_0:0:2732:2048_1920x0_80_0_0_01e9bea66e20eb925f78a21cf16b93f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dönər, şəmkir, məktəb, şagird
dönər, şəmkir, məktəb, şagird
Şəmkirdə dönərdən zəhərlənən uşaqlarla bağlı Regional Təhsil idarəsindən açıqlama
15:50 14.02.2024 (Yenilənib: 15:51 14.02.2024) Eksklüziv
Onlardan üçü Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləridir.
BAKI, 14 fevral — Sputnik. Şəmkirdə dönərdən zəhərlənən uşaqların hansı məktəblərdə təhsil aldığı məlum olub. Qazax-Tovuz Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, onlar Şəmkirin müxtəlif təhsil müəssisələrində təhsil alan şagirdlərdir.
13.02.2024-cü il tarixində məktəbdən kənarda günün müxtəlif saatlarında Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri:
1. Quliyev Renat Arzu oğlu - (04.08.2015)
2. Cəlilov Cihat Elvin oğlu - (27.08.2015)
3. Nadirova Zəhra İlkin qızı - (28.01.2015)
Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbin şagirdi:
4. Məmmədova İpək Müşviq qızı - (15.06.2015)
Şəmkir rayon İrmaşlı kənd 2 nömrəli tam orta məktəbin şagirdi:
5.İsgəndərov Sunal Şəmşir oğlu - (22.07.2013)
Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdləri:
6. Məmmədli Asəf Məmməd oğlu-(11.11.2015)
7. Məmmədli Banu Məmməd qızı- (01.12.2017) qida (dönər) zəhərlənməsindən Şəmkir rayon Mərkəzi xəstəxanasına müraciət ediblər.
Məktəblilər ilkin müayinə edilib və evə buraxılıblar. Şagirdlərin vəziyyəti yaxşıdır və bu gün tədris prosesində iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.