https://sputnik.az/20240214/prezident-ve-birinci-xanim-sehidler-xiyabanini-ziyaret-edib-462618771.html
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət edib
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət edib
Sputnik Azərbaycan
Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının... 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T13:49+0400
2024-02-14T13:49+0400
2024-02-14T13:49+0400
azərbaycan xəbərləri
şəhidlər xiyabanı
prezident ilham əliyev
mehriban əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439619112_0:160:3072:1888_1920x0_80_0_0_fba9293efd2b90b9d3585d758e213d0c.jpg
BAKI, 14 fevral — Sputnik. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər. Sonra xatirə şəkli çəkdirilib. Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar. Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: Sonra Prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içib: Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib. Qeyd edək ki, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439619112_171:0:2902:2048_1920x0_80_0_0_8cc65c2ea0d0415a393c5aaa25511ea4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhidlər xiyabanı, prezident ilham əliyev, mehriban əliyeva
şəhidlər xiyabanı, prezident ilham əliyev, mehriban əliyeva
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət edib
Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyublar.
BAKI, 14 fevral — Sputnik. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!"
Sonra Prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içib:
"Əlimi "Qurani-Şərif"ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam".
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.
Qeyd edək ki, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.