Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

Abunə olmaq
Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək.
BAKI, 14 fevral — Sputnik. 2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunan hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, təhlükəsizlik qaydaları çatdırılır, onlarla sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Hərbi vəzifəlilərin yüksək kalorili və keyfiyyətli qidalarla qidalanmaları üçün hərbi hissədə hər cür şərait mövcuddur.
Təlim toplanışının növbəti günlərində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə plana uyğun olaraq müxtəlif tapşırıqlar icra ediləcək.
Xatırladaq ki, fevralın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb. Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0