Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz - Prezident

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür - dövlətimizin başçısı vurğulayıb.
BAKI, 14 fevral — Sputnik. "Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi". Bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.
Dövlət başçısı bildirib ki, Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz.

"Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür", dövlətimizin başçısı vurğulayıb.

Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0