https://sputnik.az/20240214/donerden-kutlevi-zeherlenme-462609869.html
Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir - TƏBİB
Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir - TƏBİB
Sputnik Azərbaycan
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb. 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T11:16+0400
2024-02-14T11:16+0400
2024-02-14T11:16+0400
cəmiyyət
dönər
zəhərlənmə
şəmkir
https://cdnn1.img.sputnik.az/img/41146/04/411460448_0:101:1920:1181_1920x0_80_0_0_37e394781c2038e810f163569b255cde.jpg
BAKI, 14 fevral — Sputnik. TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.Bildirilib ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.***Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Xatırladaq ki, ötən ilin oktyabrında paytaxtda 21 məktəbli dönərdən zəhərlənmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41146/04/411460448_106:0:1814:1281_1920x0_80_0_0_f784bf37b94ae48b4f97c7b13ea13c87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dönər, zəhərlənmə, şəmkir
dönər, zəhərlənmə, şəmkir
Şəmkirdə dönərdən zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir - TƏBİB
Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
BAKI, 14 fevral — Sputnik. TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.
Bildirilib ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər. Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xatırladaq ki, ötən ilin oktyabrında paytaxtda 21 məktəbli dönərdən zəhərlənmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.