https://sputnik.az/20240214/ceyhun-bayramov-xovayevle-gorusde-ermenistanin-texribatlarinin-meqsedini-aciqladi-462632300.html
Ceyhun Bayramov Xovayevlə görüşdə Ermənistanın təxribatlarının məqsədini açıqladı
Ceyhun Bayramov Xovayevlə görüşdə Ermənistanın təxribatlarının məqsədini açıqladı
Sputnik Azərbaycan
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional... 14.02.2024, Sputnik Azərbaycan
2024-02-14T17:57+0400
2024-02-14T17:57+0400
2024-02-14T17:57+0400
siyasət
iqor xovayev
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/18/459915941_0:286:3072:2014_1920x0_80_0_0_334ab96e39bc258e36c9b7d1ed3792ec.jpg
BAKI, 14 fevral — Sputnik. Ermənistanın son hərbi təxribatları normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır. Bunu Azərbaycanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə deyib. XİN-in məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub. Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən Azərbaycan əsgərinə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/18/459915941_150:0:2881:2048_1920x0_80_0_0_ecff55f9c4e243a728da4875988dc2de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqor xovayev, ceyhun bayramov
iqor xovayev, ceyhun bayramov
Ceyhun Bayramov Xovayevlə görüşdə Ermənistanın təxribatlarının məqsədini açıqladı
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub.
BAKI, 14 fevral — Sputnik. Ermənistanın son hərbi təxribatları normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyır. Bunu Azərbaycanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə deyib.
XİN-in məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də regional məsələlər müzakirə olunub.
Ermənistanın Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıdığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən Azərbaycan əsgərinə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.