Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xaricə qaz satışı artır - CƏDVƏL

© AFP 2024 / JUAN BARRETOQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 14.02.2024
Abunə olmaq
Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb.
BAKI, 14 fevral — Sputnik. 2024-cü ilin yanvar ayında Azərbaycanda 4,3 milyard kubmetr təbii qaz hasil edilib. Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, qazın 1,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 2,4 milyard kubmetri "Şahdəniz"in, 0,13 milyard kubmetri "Abşeron" yatağının payına düşüb. 0,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 30 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb.
© Photo : SOCARİnfoqrafika: Həsilat
İnfoqrafika: Həsilat - Sputnik Azərbaycan, 1920, 14.02.2024
İnfoqrafika: Həsilat
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 fevral 2024-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 217,4 milyard kubmetr, "Şahdəniz"dən isə 211,4 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 150 milyard kubmetri ixraca nəql edilib.
2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft hasil edilib. Neft hasilatının 1,4 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 0,4 milyon tonu "Şahdəniz"in, 50 min tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı 0,7 milyon ton təşkil edib. Ay ərzində 2,1 milyon ton neft ixraca nəql olunub.
© Photo : SOCARİnfoqrafika: Həsilat
İnfoqrafika: Həsilat - Sputnik Azərbaycan, 1920, 14.02.2024
İnfoqrafika: Həsilat
Neftin emalı 2024-cü ilin yanvar ayında 481 min tona yaxın təşkil edib.
Xatırladaq ki, ötən il ərzində respublikada 48,3 milyard kubmetr təbii qaz hasil edilib. 2022-ci ilə nisbətən 3,2 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
2023-cü il ərzində ölkədə 30,2 milyon ton neft hasil edilib. Bu dövrdə 25,2 milyon ton neft ixraca nəql olunub.
Ekspertlərin fikrincə, Azərbaycan üçün təbii qaz ixracı sərfəlidir, çünki bizdə qaz hasilatının maya dəyəri böyük deyil. Hətta qazın min kubmetri 200-300 dollara satılsa belə ölkəmiz üçün sərfəlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0