ELM

Yer yüksək enerjili günəş protonlarının zərbəsi altına düşüb

© iStock.com / Pitrisgünəş
günəş - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Bu günlərdə Günəşin Yer kürəsi ilə düz üzbəüzdə yerləşən aktiv bölgəsindən böyük maddələr kütlələri atılıb.
BAKI, 13 fevral — Sputnik. Günəş diskinin görünən hissəsində baş verən son silsilə partlayışlar zamanı planetlərarası fəzaya atılan plazma buludları hələ planetimizə gəlibçatmayıblar. Onların gəlişi bu günlərdə gözlənilir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.
Lakin bu silsilə partlayışlardan yaranan yüksək enerjili proton axınları Yerə çatıblar.
"10-100 MeV enerjili hissəciklərin səviyyəsi hazırda alovdan əvvəlki səviyyədən, təxminən 10-20 dəfə yüksəkdir. Günəş radiasiyasından əsas yük hazırda kosmik texnologiyaya, xüsusən də maqnit sahəsinin zəifləmiş mühafizəsi altında yüksək orbitlərdə yerləşənlərə düşür. Yerdəki obyektlərə heç bir təsir yoxdur" - laboratoriyanın saytında belə yazılıb.
Alimlər xəbərdarlıq edirlər ki, bu səviyyəli kosmik hadisələr zamanı qütb enliklərinə yaxın yüksək hündürlüklərdə uçarkən radiasiya yükünün artması mümkündür. Normal hündürlükdəki sərnişin reyslərinə gəlincə, onlar təhlükəsiz sayılırlar.
Xatırladaq ki, bu günlərdə Günəşin Yer kürəsi ilə düz üzbəüzdə yerləşən aktiv bölgəsindən böyük maddələr kütlələri atılıb. Bu plazma buludlarının bazar ertəsindən çərşənbə axşamına keçən gecə planetimizə çatması və təxminən iki gün davam edən geomaqnit vəziyyətin iki gün müddətinə pisləşməsinə səbəb olması gözlənilirdi.
Xəbər lenti
0