https://sputnik.az/20240213/yarali-dsx-esgerinin-son-durumu-ermeniler-onun-onurgasini-nisan-aliblar-462585840.html
Yaralı DSX əsgərinin son durumu: Ermənilər onun onurğasını nişan alıblar
Yaralı DSX əsgərinin son durumu: Ermənilər onun onurğasını nişan alıblar
Sputnik Azərbaycan
Boyun fəqərələri də zədələnən DSX əsgəri əməliyyat edilib
2024-02-13T11:02+0400
2024-02-13T11:02+0400
2024-02-13T11:20+0400
dsx
hərbi
onurğa sütunu
zəngilan
qisas
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459004288_0:156:3000:1844_1920x0_80_0_0_4aa0a16da845f2a0add45eaa35825f87.jpg
BAKI, 13 fevral — Sputnik. 2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsi ilə gətirilib. Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov bildirib. Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub: "Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir". Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev isə bildirib ki, əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib:“Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidir”.Şöbə müdiri qeyd edib ki, xəstənin müayinəsi zamanı güllənin boyunun sol ön yan səthindən məməyəbənzər əzələnin böyründən keçərək bütöv uzun məsafəni qət edib onurğa kanalının içinə daxil olması və orada dayanması müəyyən edilib:“Əməliyyat zamanı sol arxa, sol yan tərəfdən onurğa kanalının mənfəzinə daxil olunub və güllənin kanal içərisində bir tərəfdən onurğa beyini, bir tərəfdən 3-4-cü boyun sinir kökləri, ən dibdə isə vertebral arteriya, yəni onurğa arteriyası üzərində dayanması aşkar olunub. Əməliyyat zamanı ətraf toxumalara əlavə zədə yetirmədən metal yad cisim tam şəkildə xaric edilib”.Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
https://sputnik.az/20240213/dsx-qisas-emeliyyati-kecirib-ermenilerin-doyus-postu-darmadagin-edilib-ciddi-itki-var-462584178.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/459004288_167:0:2834:2000_1920x0_80_0_0_05d97702ed860582295c72fb75782e56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənilərin nişan aldığı dsx hərbçisi onurğa boyun fəqərəsi
ermənilərin nişan aldığı dsx hərbçisi onurğa boyun fəqərəsi
Yaralı DSX əsgərinin son durumu: Ermənilər onun onurğasını nişan alıblar
11:02 13.02.2024 (Yenilənib: 11:20 13.02.2024) Xəstənin bədənindən çıxarılan yad metal cisim hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidir.
BAKI, 13 fevral — Sputnik. 2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsi ilə gətirilib.
Bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov bildirib.
Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub:
"Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir".
Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev isə bildirib ki, əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib:
“Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidir”.
Şöbə müdiri qeyd edib ki, xəstənin müayinəsi zamanı güllənin boyunun sol ön yan səthindən məməyəbənzər əzələnin böyründən keçərək bütöv uzun məsafəni qət edib onurğa kanalının içinə daxil olması və orada dayanması müəyyən edilib:
“Əməliyyat zamanı sol arxa, sol yan tərəfdən onurğa kanalının mənfəzinə daxil olunub və güllənin kanal içərisində bir tərəfdən onurğa beyini, bir tərəfdən 3-4-cü boyun sinir kökləri, ən dibdə isə vertebral arteriya, yəni onurğa arteriyası üzərində dayanması aşkar olunub. Əməliyyat zamanı ətraf toxumalara əlavə zədə yetirmədən metal yad cisim tam şəkildə xaric edilib”.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.