https://sputnik.az/20240213/turkiye-ve-abs-prezidentlerinin-gorusu-gozlenilir--462586517.html
Türkiyə və ABŞ prezidentlərinin görüşü gözlənilir
Türkiyə və ABŞ prezidentlərinin görüşü gözlənilir
Sputnik Azərbaycan
İki ölkə liderinin NATO sammiti çərçivəsində görüşəcəyi proqnozlaşdırılır. 13.02.2024, Sputnik Azərbaycan
2024-02-13T12:08+0400
2024-02-13T12:08+0400
2024-02-13T12:15+0400
dünya xəbərləri
abş prezidenti cozef bayden
co bayden
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
nato
f-16
f-16 qırıcı təyyarəsi
hakan fidan
https://cdnn1.img.sputnik.az/img/40687/79/406877911_0:182:3500:2151_1920x0_80_0_0_05569bc9e4bc571ad3b3a93d65fc8934.jpg
BAKI, 13 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir.Bu barədə “CNN Türk” məlumat yayıb.Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək. Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki açıqlanmayıb. Hazırda tarixlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.Bildirilib ki, R.T.Ərdoğan və C.Baydenin görüşü iyul ayında keçiriləcək NATO sammiti çərçivəsində də ola bilər. Payız aylarında isə ABŞ-dən olan iki nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. ABŞ xüsusilə yaşıl enerji ilə bağlı Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.Qeyd olunub ki, bu səfərlərin məqsədi Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymaqdır.Xatırladaq ki, Türkiyəyə F-16 qırıcılarının tədarükü uzun müddətdir mübahisəli olaraq qalırdı. Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ Konqresi də qırıcıların satışı ilə bağlı müqaviləni təsdiqlədi. R.T.Ərdoğan fevralın 12-də deyib ki, ABŞ Türkiyənin F-16 qırıcıları ilə bağlı tələbini yerinə yetirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40687/79/406877911_195:0:3306:2333_1920x0_80_0_0_8db546abc7b4d1be7635fe0f16bd4743.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş prezidenti cozef bayden, co bayden, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, nato, f-16, f-16 qırıcı təyyarəsi, hakan fidan
abş prezidenti cozef bayden, co bayden, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, nato, f-16, f-16 qırıcı təyyarəsi, hakan fidan
Türkiyə və ABŞ prezidentlərinin görüşü gözlənilir
12:08 13.02.2024 (Yenilənib: 12:15 13.02.2024) İki ölkə liderinin NATO sammiti çərçivəsində görüşəcəyi proqnozlaşdırılır.
BAKI, 13 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək. Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki açıqlanmayıb. Hazırda tarixlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.
Bildirilib ki, R.T.Ərdoğan və C.Baydenin görüşü iyul ayında keçiriləcək NATO sammiti çərçivəsində də ola bilər. Payız aylarında isə ABŞ-dən olan iki nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. ABŞ xüsusilə yaşıl enerji ilə bağlı Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.
Qeyd olunub ki, bu səfərlərin məqsədi Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymaqdır.
Xatırladaq ki, Türkiyəyə F-16 qırıcılarının tədarükü uzun müddətdir mübahisəli olaraq qalırdı. Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ Konqresi də qırıcıların satışı ilə bağlı müqaviləni təsdiqlədi. R.T.Ərdoğan fevralın 12-də deyib ki, ABŞ Türkiyənin F-16 qırıcıları ilə bağlı tələbini yerinə yetirib.