https://sputnik.az/20240213/nato-nun-dagilmasi-zaman-meselesidir-avropa-tekbasina-qalir-462590889.html
NATO-nun dağılması zaman məsələsidir, Avropa təkbaşına qalır
NATO-nun dağılması zaman məsələsidir, Avropa təkbaşına qalır
Sputnik Azərbaycan
Nəşr "Trampın Respublikaçılar Partiyasından olan varisinin" gələcəkdə NATO əleyhinə siyasətini bərpa edə biləcəyini istisna etmir. 13.02.2024, Sputnik Azərbaycan
2024-02-13T15:57+0400
2024-02-13T15:57+0400
2024-02-13T16:14+0400
nato
dünya xəbərləri
abş
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232982_0:129:2500:1535_1920x0_80_0_0_b2b9fef4064e2abedd1f7f7407b25e2b.jpg
BAKI, 13 fevral — Sputnik. Gələcəkdə ABŞ prezidenti kimin seçilməsindən asılı olmayaraq, NATO-nun dağılması zaman məsələsinə çevrilib, Avropa tək başına qalıb. Bu barədə "Politico" nəşri yazıb. Nəşr ABŞ-ın keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Trampın Avropanı "Amerika təhlükəsizlik köpüyü"ndən kənarlaşdıran bəyanatını xatırladır. Xüsusilə, Tramp deyib ki, o, prezident olarkən NATO-nun adı açıqlanmayan "böyük ölkəsi"nin rəhbəri ondan Rusiyanın "hücum" edəcəyi təqdirdə Vaşinqtonun alyansı müdafiə edib-etməyəcəyini soruşub. Tramp ona bunu etməyəcəyini, çünki NATO ölkələri müdafiə üçün kifayət qədər vəsait ayırmadığını deyib. Eks-prezident əlavə edib ki, Rusiya Federasiyasını dəstəkləyəcək. "ABŞ-nin NATO qarşısındakı öhdəliyini belə birbaşa və əsaslı şəkildə şübhə altına almaqla o, Alyansın ürəyinə bir bıçaq vurdu. Onun yenidən seçilib-seçilməməsinin indi praktiki olaraq əhəmiyyəti yoxdur: Avropa tək başınadır. Seçkilərin Avropa təhlükəsizliyi üçün cavab verəcəyi yeganə əhəmiyyətli sual NATO-nun nə vaxt dağılacağıdır" - "Politico" qeyd edir. Nəşrin yazdığına görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası da öz növbəsində ölkənin hazırkı liderinin yenidən seçiləcəyi təqdirdə Alyansın əvvəlki kimi təhlükəsiz olacağını bəyan edəcək. Eyni zamanda, "Politico" qeyd edir ki, 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri nəticəsində hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Trampın "Amerikanı yenidən möhtəşəm et" prinsipi ölkə siyasətinə təsirini davam etdirəcək. Nəşr "Trampın Respublikaçılar Partiyasından olan varisinin" gələcəkdə NATO əleyhinə siyasətini bərpa edə biləcəyini istisna etmir. Tramp bundan əvvəl Alyansın işindən narazılığını bildirmiş və avropalı tərəfdaşların öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, ABŞ-ın təşkilatdan çıxacağı ilə hədələmişdi. ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Sorğular Trampı Respublikaçıların praymerizində aşkar favorit kimi göstərir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232982_142:0:2359:1663_1920x0_80_0_0_a8547b01a9022d6df58e0ae139e4afa1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, abş, donald tramp
NATO-nun dağılması zaman məsələsidir, Avropa təkbaşına qalır
15:57 13.02.2024 (Yenilənib: 16:14 13.02.2024) Nəşr "Trampın Respublikaçılar Partiyasından olan varisinin" gələcəkdə NATO əleyhinə siyasətini bərpa edə biləcəyini istisna etmir.
BAKI, 13 fevral — Sputnik. Gələcəkdə ABŞ prezidenti kimin seçilməsindən asılı olmayaraq, NATO-nun dağılması zaman məsələsinə çevrilib, Avropa tək başına qalıb. Bu barədə "Politico" nəşri yazıb.
Nəşr ABŞ-ın keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Trampın Avropanı "Amerika təhlükəsizlik köpüyü"ndən kənarlaşdıran bəyanatını xatırladır. Xüsusilə, Tramp deyib ki, o, prezident olarkən NATO-nun adı açıqlanmayan "böyük ölkəsi"nin rəhbəri ondan Rusiyanın "hücum" edəcəyi təqdirdə Vaşinqtonun alyansı müdafiə edib-etməyəcəyini soruşub. Tramp ona bunu etməyəcəyini, çünki NATO ölkələri müdafiə üçün kifayət qədər vəsait ayırmadığını deyib.
Eks-prezident əlavə edib ki, Rusiya Federasiyasını dəstəkləyəcək.
"ABŞ-nin NATO qarşısındakı öhdəliyini belə birbaşa və əsaslı şəkildə şübhə altına almaqla o, Alyansın ürəyinə bir bıçaq vurdu. Onun yenidən seçilib-seçilməməsinin indi praktiki olaraq əhəmiyyəti yoxdur: Avropa tək başınadır. Seçkilərin Avropa təhlükəsizliyi üçün cavab verəcəyi yeganə əhəmiyyətli sual NATO-nun nə vaxt dağılacağıdır" - "Politico" qeyd edir.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası da öz növbəsində ölkənin hazırkı liderinin yenidən seçiləcəyi təqdirdə Alyansın əvvəlki kimi təhlükəsiz olacağını bəyan edəcək.
Eyni zamanda, "Politico" qeyd edir ki, 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri nəticəsində hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Trampın "Amerikanı yenidən möhtəşəm et" prinsipi ölkə siyasətinə təsirini davam etdirəcək. Nəşr "Trampın Respublikaçılar Partiyasından olan varisinin" gələcəkdə NATO əleyhinə siyasətini bərpa edə biləcəyini istisna etmir.
Tramp bundan əvvəl Alyansın işindən narazılığını bildirmiş və avropalı tərəfdaşların öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, ABŞ-ın təşkilatdan çıxacağı ilə hədələmişdi.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Sorğular Trampı Respublikaçıların praymerizində aşkar favorit kimi göstərir.