Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Moskva və Tehran enerji körpüsünün yaradılması ilə bağlı danışıqlar aparır - səfir

© Sputnik / Павел Лисицын / Mediabanka keçidBeloyarsk Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun turbin otağı, arxiv şəkli
Beloyarsk Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun turbin otağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Səfir onu da bildirib ki, Rusiya ilə İran arasında sadələşdirilmiş viza rejiminin tətbiq olunduğu vətəndaşların kateqoriyalarının sayı genişlənəcək.
BAKI, 13 fevral — Sputnik. Moskva və Tehran Rusiya-Cənubi Qafqaz-İran enerji körpüsünün yaradılması ilə bağlı danışıqlar aparır. Bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov RİA Novosti-yə müsahibəsində bildirib.
"Danışıqlar aparılan digər layihə Rusiya-Cənubi Qafqaz-İran enerji körpüsünün yaradılmasıdır. Bu körpü pik yüklənmə dövrlərində Rusiya, Ermənistan, Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsi və nəqlini nəzərdə tutur" - səfir bildirib.
Səfir onu da bildirib ki, Rusiya ilə İran arasında sadələşdirilmiş viza rejiminin tətbiq olunduğu vətəndaşların kateqoriyalarının sayı genişlənəcək.
"Sahibkarlar, tələbələr, elmi, mədəni və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2015-ci ilin müəyyən kateqoriyalı vətəndaşların qarşılıqlı səfərləri şərtlərinin sadələşdirilməsi haqqında hökumətlərarası sazişə uyğun olaraq vizaların alınmasının sadələşdirilmiş proseduru tətbiq edilib. Bu kateqoriyaların sayı genişlənəcək" - Dedov bildirib.
O qeyd edib ki, vizaların tam ləğvi barədə danışmaq tezdir, çünki belə bir qərar həm Rusiya, həm də İranın müvafiq idarələri və nazirlikləri arasında uzun koordinasiya prosesini nəzərdə tutur. Lakin onun sözlərinə görə, bu işlər aparılır.
"Keçən avqustda vizasız qrup turist səfərləri haqqında hökumətlərarası sazişin praktiki icrasına başlanılıb. Bu saziş çərçivəsində 5 nəfərdən 50 nəfərə qədər mütəşəkkil turist qrupları hər iki dövlətin ərazisinə vizasız səfər edə bilər" - Rusiya səfiri əlavə edib.
Xəbər lenti
0