CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İllərdir cərimə meydançasında çürüyən avtomobillərin aqibəti necə olacaq? Video

© Sputnik / Zullfiye GuluyevaBakıda cərimə meydançası
Bakıda cərimə meydançası - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Natiq Cəfərlinin fikrincə, bazarda 1050 manatdan baha satıla bilən avtomobillərin utilizasiya proqramına cəlb edilməsi çətin olacaq. Çünki belə avtomobillərin ehtiyat hissələrini çıxarıb satmaq utilizasiyaya verməkdən daha sərfəlidir.
BAKI, 13 fevral — Sputnik. Paytaxtda illərdir cərimə meydançasında qalan avtomobillərin utilizasiya proqramına cəlb edilməsi üçün həmin avtomobillərin dayanacaq haqqı ödənilməlidir. Bunu Sputnik Azərbaycan-a "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən bildiriblər. Qeyd edilib ki, hazırda paytaxtda cərimə meydançalarında illərdir qalan, dayanacaq haqqı ödənilməyən avtomobillər var. Həmin avtomobillərin bir qismi istismara yararsız vəziyyətdədir. Sahibləri həmin avtomobilləri utilizasiyaya təqdim etmək üçün illərdir yığılıb qalan duracaq haqqını ödədikdən sonra şəxsi minik avtomobillərini duracaqdan götürə bilər.
© Sputnik / Zullfiye GuluyevaBakıda cərimə meydançası
Bakıda cərimə meydançası - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Bakıda cərimə meydançası
O da bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə Tarif Şurası rüsumlar müəyyən edib. Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş qərarına əsasən nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi 1 ədəd/reys üçün 20 manatdır. Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması, nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) 1 ədəd/gün- 1 manat, nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd/gün- 2 manat, nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda 1 ədəd/gün 3 manatdır.
Sputnik Azərbaycan paytaxtda yerləşən, sürücülər arasında cərimə meydançaları adlandırılan duracaqlardan birindən reportaj hazırlayıb. Apardığımız müşahidələr göstərib ki, hazırda duracaqda çoxlu sayda istismara yararsız köhnə, yanmış nəqliyyat vasitələri var. Dayanacağın mühafizəçisi bildirib ki, illərdir həmin avtomobillərin sahibləri gəlib öz avtomobilləri ilə maraqlanmır, duracaq haqqını ödəmirlər. Dayanacağın yeri dəyişdiriləndə bu avtomobillər iki ay ərzində yeni duracağa daşınır. Mühafizəçi onu da bildirib ki, duracaqda sahibsiz avtomobillər də var. Bununla belə bütün avtomobillər göz bəbəyi kimi qorunaraq saxlanılır.
© Sputnik / Zullfiye GuluyevaBakıda cərimə meydançası
Bakıda cərimə meydançası - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Bakıda cərimə meydançası
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a bildirib ki, bu gün cərimə meydançalarında istismara yararsız, köhnə avtomobillərin sayı çoxdur. Bu halda vətəndaş gedib ya imtina ərizəsi yazmalı, ya da dayanacaq haqqını ödəməlidir.
"O avtomobillər orada çürüməməlidir. Vətəndaş ya gəlib öz avtomobilinin duracaq haqqını ödəyərək onu cərimə meydançasından götürməlidir, yaxud da avtomobildən imtina ərizəsi yazmalıdır. İnzibati Xətalar Məcəlləsinə görə, əgər cərimənin tətbiq edilməsindən beş il keçibsə, ondan heç kəs cəriməni tələb edə bilməz. Aidiyyatı qurum tərəfindən həmin cərimə silinməlidir. Amma avtomobillər illərlə mühafizə edildiyindən, duracaq haqqı ödənilməlidir. Bu məbləğin bağışlanması ilə bağlı heç bir qərar yoxdur. Minik avtomobili neçə gün duracaqda qalıbsa, sahibi gününə 1 manatdan duracaq haqqı ödəməlidir".
© Sputnik / Murad Orujov Elməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Elməddin Muradlı
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, bazarda 1050 manatdan baha satıla bilən avtomobillərin utilizasiya proqramına cəlb edilməsi çətin olacaq. Çünki, utilizaisya üçün ödənilən məbləğ azdır. Belə olan halda avtomobillərin ehtiyat hissələrini çıxarıb satmaq utilizasiyaya verməkdən daha sərfəlidir.
© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Natiq Cəfərli
Ekspertin sözlərinə görə, hazırda paytaxtda cərimə meydançalarında elə avtomobillər var ki, onların duracaq haqqı utilizasiya üçün ödəniləcək məbləğdən bahadır. Bu halda onları dayanacaqdan çıxartmaq avtomobil sahibinə sərf etməyəcək. Yaxud, cəriməsi avtomobilin qiymətindən baha olan avtomobillər var ki, sahiblərinin həmin avtomobillərlə maraqlanacağı inandırıcı görünmür. Buna görə də hökumətin güzəşt tətbiq etməsi, borcları silməsi mümkündür.
© Sputnik / Zullfiye GuluyevaBakıda cərimə meydançası
Bakıda cərimə meydançası - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Bakıda cərimə meydançası
N.Cəfərli Azərbaycanda avtomobil parkının 60 faizinin 20 yaşdan köhnə olduğunu da xatırladıb.
Xəbər lenti
0