https://sputnik.az/20240213/kohne-avtomobillerin-utilizasiyasi-zamani-hansi-problemler-uze-cixa-biler-vdeo-462599982.html
Köhnə avtomobillərin utilizasiyası zamanı hansı problemlər üzə çıxa bilər? VİDEO
Köhnə avtomobillərin utilizasiyası zamanı hansı problemlər üzə çıxa bilər? VİDEO
Sputnik Azərbaycan
Ekspert utilizasiyaya cəlb olunacaq avtomobillərə ödəniləcək məbləğin az olması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib. 13.02.2024, Sputnik Azərbaycan
2024-02-13T18:11+0400
2024-02-13T18:11+0400
2024-02-13T18:11+0400
utilizasiya
cəmiyyət
minik avtomobilləri
yük avtomobilləri
https://cdnn1.img.sputnik.az/img/07e8/02/0c/462575686_0:120:1280:840_1920x0_80_0_0_f5fae03365ef6805df0f7a7b0dc8670c.jpg
BAKI, 13 fevral — Sputnik. "Hədəflərə görə, 2030-cu ilədək Azərbaycan ekosistemi yaxşılaşdıraraq təmiz ətraf mühit ölkəsinə cevrilməlidir". Bu sözləri bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində utilizasiya proqramı ilə bağlı danışarkən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov söyləyib. O, bildirib ki, Azərbaycanda utilizasiya proqramı könüllük prinsipi əsasında aparılacaq. Bu da vətəndaşa sahib olduğu köhnə avtomobillə bağlı sərbəst qərar vermək imkanı yaradacaq. "Utilizasiya proqramı əsasən istismarda olan və olmayan köhnə avtomobillərə şamil olunacaq. Dövlət vətəndaşa köhnə avtomobilin utilizasiyaya verilməsi üçün 1500 manat dəyərində vauçer təqdim edəcək. Bu gün Azərbaycanda metaloma çevrilən avtomobillər var. Bu avtomobillər ekosistemə böyük zərər vurur. Avtomobildə olan yağlar tədricən torpağa çökür. Bu maddələrin içməli suya qarışma ehtimalı böyükdür. Atılmış tullantı həm də şüalanma mənbəyidir. Ona görə belə köhnə avtomobillər yığışdırılmalıdır" Eldəniz Cəfərov bildirib. Ekspert utilizasiyaya cəlb olunacaq avtomobillərə ödəniləcək məbləğin az olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. Bildirib ki, utilizasiyaya görə vətəndaşlara ödəniləcək məbləğ dəyişə bilər: "Elə avtomobillər var ki, onlara daha yüksək utilizasiya haqqı ödənilə bilər. Bəzi avtomobillər var ki, onların heç bir ehtiyat hissəsi yoxdur. Ona görə 1500 manat utilizasiya haqqı verməyə dəyməz. Amma elə avtomobillər də var ki, ağır qəza səbəbindən yararsız vəziyyətə düşsə də, ehtiyat hissələri yerindədir. Belə avtomobilə 1500 manat utilizasiya qiyməti ödəmək düzgün deyil. Çünki, avtomobilin təkcə matorunun qiyməti minlərlə manat dəyərindədir". Eldəniz Cəfərovun qənaətinə görə, köhnə avtomobilini utilizasiyaya verməkdə əhalini maraqlandırmaq üçün yerli avtomobil şirkətləri ilə yanaşı dilerlər də vauçerlər tətbiq olunmalıdır. Onun təklifinə görə, rəsmi avtomobil satışı mərkəzləri də bu prosesə qoşula bilər. Çünki, bəzi insanlar ola bilər ki, yerli avtomobil almaq istəməsin. Eldəniz Cəfərov onu da bildirib ki, digər problemlərdən biri sahibləri olmayan avtomobillərin utilizasiyaya cəlb olunması ilə bağlıdır. O, deyib ki, bu məsələdə Türkiyə təcrübəsindən istifadə oluna bilər: "Sahibi dünyasını dəyişən köhnə avtomobillərin utilizasiyaya cəlb olunması üçün həmin şəxslərin varisləri tapılmaldır. Onların razılığı alınaraq köhnə avtomobillər utilizasiyaya cəlb oluna bilər". Ekspert deyir ki, bu zaman müəyyən problemlərin üzə çıxacağı gözləniləndir. Əgər avtommobilin cəriməsi varsa, yaxud cərimə meydançasında saxlanıldığı üçün duracaq haqqı yığılıb qalıbsa, varis onu ödəməkdən imtina edirsə, bu zaman avtomobildən imtina ərizəsi yazmalıdır. Qonaq utilizasiya proqramının Azərbaycanın avtomobil bazarına təsirlərindən də danışıb. Bildirib ki, Azərbaycanda avtomobillərin qiyməti aprel ayından etibarən bahalaşacaq. Onun sözlərinə görə, ölkəyə idxal olunan avtomobillərinin aprel ayından qiymətinin 5 faiz artacağı gözlənilir. Həmçinin idxal olunan köhnə avtomobillərin qiyməti 3 faiz bahalaşacaq. O, bildirib ki, buna səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir. Ekspert onu da əlavə edib ki, avtomobil bazarında canlanmanın Novruz tətillərindən sonra müşahidə olunacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/0c/462575686_0:0:1280:960_1920x0_80_0_0_eb7fec7b5f2411f19afc20474ac7ad62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
utilizasiya, minik avtomobilləri, yük avtomobilləri
utilizasiya, minik avtomobilləri, yük avtomobilləri
Köhnə avtomobillərin utilizasiyası zamanı hansı problemlər üzə çıxa bilər? VİDEO
Ekspert utilizasiyaya cəlb olunacaq avtomobillərə ödəniləcək məbləğin az olması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib.
BAKI, 13 fevral — Sputnik. "Hədəflərə görə, 2030-cu ilədək Azərbaycan ekosistemi yaxşılaşdıraraq təmiz ətraf mühit ölkəsinə cevrilməlidir".
Bu sözləri bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində utilizasiya proqramı ilə bağlı danışarkən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov söyləyib. O, bildirib ki, Azərbaycanda utilizasiya proqramı könüllük prinsipi əsasında aparılacaq. Bu da vətəndaşa sahib olduğu köhnə avtomobillə bağlı sərbəst qərar vermək imkanı yaradacaq.
"Utilizasiya proqramı əsasən istismarda olan və olmayan köhnə avtomobillərə şamil olunacaq. Dövlət vətəndaşa köhnə avtomobilin utilizasiyaya verilməsi üçün 1500 manat dəyərində vauçer təqdim edəcək. Bu gün Azərbaycanda metaloma çevrilən avtomobillər var. Bu avtomobillər ekosistemə böyük zərər vurur. Avtomobildə olan yağlar tədricən torpağa çökür. Bu maddələrin içməli suya qarışma ehtimalı böyükdür. Atılmış tullantı həm də şüalanma mənbəyidir. Ona görə belə köhnə avtomobillər yığışdırılmalıdır" Eldəniz Cəfərov bildirib.
Ekspert utilizasiyaya cəlb olunacaq avtomobillərə ödəniləcək məbləğin az olması ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib. Bildirib ki, utilizasiyaya görə vətəndaşlara ödəniləcək məbləğ dəyişə bilər: "Elə avtomobillər var ki, onlara daha yüksək utilizasiya haqqı ödənilə bilər. Bəzi avtomobillər var ki, onların heç bir ehtiyat hissəsi yoxdur. Ona görə 1500 manat utilizasiya haqqı verməyə dəyməz. Amma elə avtomobillər də var ki, ağır qəza səbəbindən yararsız vəziyyətə düşsə də, ehtiyat hissələri yerindədir. Belə avtomobilə 1500 manat utilizasiya qiyməti ödəmək düzgün deyil. Çünki, avtomobilin təkcə matorunun qiyməti minlərlə manat dəyərindədir".
Eldəniz Cəfərovun qənaətinə görə, köhnə avtomobilini utilizasiyaya verməkdə əhalini maraqlandırmaq üçün yerli avtomobil şirkətləri ilə yanaşı dilerlər də vauçerlər tətbiq olunmalıdır. Onun təklifinə görə, rəsmi avtomobil satışı mərkəzləri də bu prosesə qoşula bilər. Çünki, bəzi insanlar ola bilər ki, yerli avtomobil almaq istəməsin.
Eldəniz Cəfərov onu da bildirib ki, digər problemlərdən biri sahibləri olmayan avtomobillərin utilizasiyaya cəlb olunması ilə bağlıdır. O, deyib ki, bu məsələdə Türkiyə təcrübəsindən istifadə oluna bilər: "Sahibi dünyasını dəyişən köhnə avtomobillərin utilizasiyaya cəlb olunması üçün həmin şəxslərin varisləri tapılmaldır. Onların razılığı alınaraq köhnə avtomobillər utilizasiyaya cəlb oluna bilər".
Ekspert deyir ki, bu zaman müəyyən problemlərin üzə çıxacağı gözləniləndir. Əgər avtommobilin cəriməsi varsa, yaxud cərimə meydançasında saxlanıldığı üçün duracaq haqqı yığılıb qalıbsa, varis onu ödəməkdən imtina edirsə, bu zaman avtomobildən imtina ərizəsi yazmalıdır.
Qonaq utilizasiya proqramının Azərbaycanın avtomobil bazarına təsirlərindən də danışıb. Bildirib ki, Azərbaycanda avtomobillərin qiyməti aprel ayından etibarən bahalaşacaq. Onun sözlərinə görə, ölkəyə idxal olunan avtomobillərinin aprel ayından qiymətinin 5 faiz artacağı gözlənilir. Həmçinin idxal olunan köhnə avtomobillərin qiyməti 3 faiz bahalaşacaq.
O, bildirib ki, buna səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir. Ekspert onu da əlavə edib ki, avtomobil bazarında canlanmanın Novruz tətillərindən sonra müşahidə olunacağı gözlənilir.