Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Kərkicahana məcburi köçkünlərin ilk qrupu köçürüləcək

© Sputnik / Murad Orujovxankəndi
xankəndi - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.
BAKI, 13 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.
Komitədən verilən məlumata görə, dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.
Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən ilin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xəbər lenti
0