https://sputnik.az/20240213/ermenistan-mudafie-nazirliyi-bu-gun-seher-saatlarinda-iki-herbcisinin-olduyunu-bildirib-462584352.html
Ermənistan MN "Qisas əməliyyatı"nda öldürülən Yerkrapa yaraqlılarının siyahısını açıqladı
Ermənistan MN "Qisas əməliyyatı"nda öldürülən Yerkrapa yaraqlılarının siyahısını açıqladı
Sputnik Azərbaycan
DSX-nın əməliyyatı zamanı erməni hərbçiləri məhv edilib
2024-02-13T14:35+0400
2024-02-13T14:35+0400
2024-02-13T14:35+0400
hərbi
ermənistan
ermənistan ordusu
ermənistan müdafiə nazirliyi
zəngilan
dsx
hərbi qulluqçu
azərbaycanın hərbi qulluqçusu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/10/425215147_0:388:2731:1924_1920x0_80_0_0_2ceb68876aea3211df6ef1e854ae0721.jpg
BAKI, 13 fevral - Sputnik. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirdiyi "Qisas əməliyyatı" zamanı öldürülən erməni yaraqlılarının adlarını açıqlayıb. Bunlar Arutyunyan Eduard Hamletoviç (d. 1974), Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan Arsen Qagikoviç (d. 1979), Oqanesyan Qraçya Talışeviçdir (1957-ci il təvəllüdlü).Qeyd edək ki, onlar Ermənistanda ən böyük və nüfuzlu veteran qrupu olan Yerkrapa(Torpağın Müdafiəçiləri) Könüllülər Birliyinin üzvləridir. Yerkrapa Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət qrupudur.***Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib. Ermənistan mətbuatı "Qisas əməliyyatı" zamanı həlak olanlarla bağlı məlumat yayıb. Bildirilib ki, həlak olanlar Yerkrapa Könüllülər Birliyinin üzvləridir. Yerkrapa(Torpağın Müdafiəçiləri) Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət qrupudur. Yerkrapa Ermənistanda ən böyük və nüfuzlu veteran qrupudur. Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.***Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib.Sputnik Ermənistan-ın nazirliyə istinadla yaydığı məlumata görə, hadisə Nerkin-And istiqamətində baş verib.Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.Buna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.DSX-nın yaydığı məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur."Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - DSX-dən qeyd edilib.
https://sputnik.az/20240213/dsx-qisas-emeliyyati-kecirib-ermenilerin-doyus-postu-darmadagin-edilib-ciddi-itki-var-462584178.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/10/425215147_0:0:2731:2048_1920x0_80_0_0_a9b8219e8c64f6015f192aa19fe669dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
erməni hərbçilər dsx erməni
erməni hərbçilər dsx erməni
Ermənistan MN "Qisas əməliyyatı"nda öldürülən Yerkrapa yaraqlılarının siyahısını açıqladı
Yerkrapa (Torpağın Müdafiəçiləri) Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət qrupudur.
BAKI, 13 fevral - Sputnik. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirdiyi "Qisas əməliyyatı" zamanı öldürülən erməni yaraqlılarının adlarını açıqlayıb.
Bunlar Arutyunyan Eduard Hamletoviç (d. 1974), Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan Arsen Qagikoviç (d. 1979), Oqanesyan Qraçya Talışeviçdir (1957-ci il təvəllüdlü).
Qeyd edək ki, onlar Ermənistanda ən böyük və nüfuzlu veteran qrupu olan Yerkrapa(Torpağın Müdafiəçiləri) Könüllülər Birliyinin üzvləridir.
Yerkrapa Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət qrupudur.
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib.
Ermənistan mətbuatı "Qisas əməliyyatı" zamanı həlak olanlarla bağlı məlumat yayıb. Bildirilib ki, həlak olanlar Yerkrapa Könüllülər Birliyinin üzvləridir.
Yerkrapa(Torpağın Müdafiəçiləri) Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət qrupudur.
Yerkrapa Ermənistanda ən böyük və nüfuzlu veteran qrupudur.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Ermənistan Müdafiə Nazirliyi fevralın 13-də səhər saatlarında iki hərbçisinin öldüyünü bildirib.
Sputnik Ermənistan-ın nazirliyə istinadla yaydığı məlumata görə, hadisə Nerkin-And istiqamətində baş verib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Buna cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
DSX-nın yaydığı məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
"Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - DSX-dən qeyd edilib.