https://sputnik.az/20240213/dermanlarin-keyfiyyetini-itirmemesi-ucun-onlari-harada-ve-nece-saxlamaq-olar-462598762.html
Dərmanların keyfiyyətini itirməməsi üçün onları harada və necə saxlamaq olar?
Dərmanların keyfiyyətini itirməməsi üçün onları harada və necə saxlamaq olar?
Sputnik Azərbaycan
Əczaçı qeyd edib ki, dərmanlar yalnız onların saxlanılması üçün bütün şərtlərə əməl olunduqda orqanizmə müsbət təsir göstərəcək. 13.02.2024, Sputnik Azərbaycan
2024-02-13T23:23+0400
2024-02-13T23:23+0400
2024-02-13T23:23+0400
dərman
səhiyyə
əczaçı
əczaçılıq məhsulları
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_0:96:2001:1221_1920x0_80_0_0_cc85f7c71f48445f6b1ef527127b1b97.jpg
BAKI, 13 fevral — Sputnik. Dərmanların müalicədə keyfiyyətini və effektivliyini itirməməsi üçün onları necə düzgün saxlamaq lazımdır? Onları mətbəxdə və hamam otağında saxlamaq məsləhət deyil. Bu, preparatların korlanmasına və onların lazımı effektin göstərə bilməməsinə səbəb olacaq. Bu barədə əczaçı Stanislav Smirnov "Qazeta.Ru"ya ətraflı izah edib. Mütəxəssisin sözlərinə görə, dərmanlar yalnız onların saxlanılması üçün bütün şərtlərə əməl olunduqda orqanizmə müsbət təsir göstərəcək. Birincisi, preparat üçün qeyd edilən təlimatları öyrənmək və saxlama şərtlərinin aydın şəkildə yazıldığı yeri qaçırmamaq çox vacibdir. Bir çox dərmanlar temperatura çox həssasdır, buna görə də onları bir yerdə, xüsusən də bir qutuda saxlamaq olmaz. Məsələn, mazlar, şamlar, damcılar soyuducuda +2...+8° temperaturda və ya qapının üstündəki bölmədə sərin yerdə (+8...+15°C) saxlanmalıdır. "Xüsusi temperatur şəraiti tələb etməyən dərmanlar şkafda, rütubətin 50%-dən çox olmadığı qaranlıq yerdə saxlanıla bilər" - ekspert vurğulayıb. İkincisi, dərmanlar rütubətli yerdə, xüsusən də hamam otağında və mətbəxdə saxlanılarsa, öz xüsusiyyətlərini itirir. Üçüncüsü, dərmanın son istifadə tarixini nəzarət etmək və onları yalnız blister qablaşdırmada deyil, karton qablaşdırmada saxlamaq daha yaxşıdır. "Dərmanların qeyd olunan son istifadə tarixi həmişə karton qutuda asan oxunur. Məsələn, blisterdə istehsal tarixi qeyd olunan hissəni bilmədən kəssəniz, qutudakı tarix dərmanın köhnə və ya təzə olduğunu bilmək üçün kömək olacaq" - əczaçı Smirnov izah edib. Unutmayın ki, insan sağlamlığı dərmanların düzgün saxlanmasından asılıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992334_51:0:1828:1333_1920x0_80_0_0_85ab36ec1f6dacbb92531521531453f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, əczaçı, əczaçılıq məhsulları
dərman, əczaçı, əczaçılıq məhsulları
Dərmanların keyfiyyətini itirməməsi üçün onları harada və necə saxlamaq olar?
Əczaçı qeyd edib ki, dərmanlar yalnız onların saxlanılması üçün bütün şərtlərə əməl olunduqda orqanizmə müsbət təsir göstərəcək.
BAKI, 13 fevral — Sputnik. Dərmanların müalicədə keyfiyyətini və effektivliyini itirməməsi üçün onları necə düzgün saxlamaq lazımdır? Onları mətbəxdə və hamam otağında saxlamaq məsləhət deyil. Bu, preparatların korlanmasına və onların lazımı effektin göstərə bilməməsinə səbəb olacaq.
Bu barədə əczaçı Stanislav Smirnov "Qazeta.Ru"ya ətraflı izah edib.
Mütəxəssisin sözlərinə görə, dərmanlar yalnız onların saxlanılması üçün bütün şərtlərə əməl olunduqda orqanizmə müsbət təsir göstərəcək.
Birincisi, preparat üçün qeyd edilən təlimatları öyrənmək və saxlama şərtlərinin aydın şəkildə yazıldığı yeri qaçırmamaq çox vacibdir. Bir çox dərmanlar temperatura çox həssasdır, buna görə də onları bir yerdə, xüsusən də bir qutuda saxlamaq olmaz. Məsələn, mazlar, şamlar, damcılar soyuducuda +2...+8° temperaturda və ya qapının üstündəki bölmədə sərin yerdə (+8...+15°C) saxlanmalıdır.
"Xüsusi temperatur şəraiti tələb etməyən dərmanlar şkafda, rütubətin 50%-dən çox olmadığı qaranlıq yerdə saxlanıla bilər" - ekspert vurğulayıb.
İkincisi, dərmanlar rütubətli yerdə, xüsusən də hamam otağında və mətbəxdə saxlanılarsa, öz xüsusiyyətlərini itirir.
Üçüncüsü, dərmanın son istifadə tarixini nəzarət etmək və onları yalnız blister qablaşdırmada deyil, karton qablaşdırmada saxlamaq daha yaxşıdır.
"Dərmanların qeyd olunan son istifadə tarixi həmişə karton qutuda asan oxunur. Məsələn, blisterdə istehsal tarixi qeyd olunan hissəni bilmədən kəssəniz, qutudakı tarix dərmanın köhnə və ya təzə olduğunu bilmək üçün kömək olacaq" - əczaçı Smirnov izah edib.
Unutmayın ki, insan sağlamlığı dərmanların düzgün saxlanmasından asılıdır.