Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda prezident seçkilərindən sonra hansı islahalatların aparılması arzu edilir?

© AFP 2023 / TOFIK BABAYEVSeçki
Seçki - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Qarabağ probleminin tam şəkildə ortadan qalxdığı bir vaxtda Azərbaycanın hansı reformlara gedəcəyi, yeni dövrdə hansı addımların atılacağı böyük maraq doğurur.
BAKI, 13 fevral — Sputnik. Azərbaycanda prezident seçkiləri arxada qaldı. Hazırkı prezident İlham Əliyevin indiyə qədər iştirak etdiyi bütüb seçkilərdəki ən yüksək səs çoxluğunu qazanması beynəlxalq müşahidəçilər tərəfindən də təsdiqlənir.
Prezident seçkilərinin növbədənkənar olması, onun keçirilməsi səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilmişdi. Mövcud iqtidar seçkilərin erkən keçirilməsininin əsas səbəbki kimi Azərbaycan bütövlüyünün tam bərpa olunmasını gsötərirdi. Prezident İlham Əliyev də bu ilin əvvəlində yerli nümyəndələrinə müsahibəsində seçkilərin erkən keçirilməsi ilə bağlı danışarkən birinci səbəbin suverenliyimizin tam bərpası olduğunu, çünki seçkilərin bir dövrə yekun vurduğunu qeyd edir.
Təbii ki, 44 günlük müharibədəki qələbə və Qarabağın erməni separatçılarından təmizlənməsindən sonra mövcud iqtidarın seçkidə inamlı qələbə qazanacağı kimsə də şübhə doğurmurdu. Seçici aktivliyinin yüksək olduğu bir şəraitdə baş tutan növbədənkənar prezident seçkilərində İlham Əliyev 5 milyona yaxın seçicinin səsini qazanmağa müvəffəq olur.
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması şəraitində prezident İlham Əliyev Xankəndində səsverən dövlətbaşçısı kimi tarixə düşür.
Seçki prosesi tarixə çevrilsə də, gözləntilər seçkidən sonrakı dövrü əhatə edir. Xüsusən də, artıq Qarabağ probleminin tam şəkildə ortadan qalxdığı bir vaxtda Azərbaycanın hansı reformlara gedəcəyi, yeni dövrdə hansı addımların atılacağı böyük maraq doğurur.
Azərbaycan daxilindəki siyasi qüvvələrin seçkilərin nəticəsinə yanaşması kimi gözləntiləri də fərqlidir.
ReAL İH üzvü Natiq Cəfərli 7 fevral seçkisindən sonra Azərbaycanda mümkün islahatlarla bağlı gözləntilərini açıqlayıb.
O, Prezidentin yanvar ayında TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlamasına istinad edərək, dəyişikliklərlə bağlı gözləntilərini açıqlayıb. Siyasətçi hesab edir ki, yeni dövrdə icara hakimiyyəti ləğv olnunur, böyük şəhər bələdiyyələri təsis olunmalı, mer seçkiləri keçirilməlidir
Onun sözlərinə görə, yerli özünüidarə orqanları gücləndirilməli, öz büdcələri, vergilərdən payı və hesabatlılığı olmalı, yəni onlara həm səlahiyyət yerilməli, həm də məsuliyyət yüklənməlidir: "İnzibati ərazi quruluşu dəyişdirilməli, Prezident fərmanı ilə təsis edilmiş 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. O cümlədən proporsional seçki sistemi bərpa edilməli, hökuməti parlament təyin etməlidir. Prezident yüksək səlahiyyətlərlə dövlət başçısı olur, xarici siyasət, təhlükəsizlik, ordu, inzibati ərazi vahidlərində şəxsi nümayəndə - bütün bunlar Prezidentin səlahiyyətində olur. Prezident indi həm də hökumət başçısıdır, bu doğru deyil, sosial-iqtisadi məsələlərə cavabdeh olan hökumət parlamentdən çıxmalıdır və məsuliyyəti də onlar daşımalıdırlar. Parlamentin hökumətə nəzarət funksiyası təkmilləşdirilməlidir.
Natiq Cəfərli bildirir ki, Məhkəmə hakimiyyəti 33% Prezidentin təqdimatı, 33% parlamentin təyinatı, 33% də məhkəmə-hüquq camiyəsi tərəfindən formalaşdırılmalıdır.
O hesab edir ki, Naxçıvanın statusu ləğv edilməli, unitar dövlətdə muxtar əraziyə ehtiyac yoxdur:
"Yeni, sıfırdan vergi və gömrük məcəllələri qəbul edilməlidir, hədəf də ancaq iqtisadi liberallaşma və iqtisadi aktivliyin artırılması olmalıdır. Prezident ilk olaraq parlament seçkilərində qalib gəlmiş partiyaya hökumətin qurulmasını tapşırmalı, onların təqdim etdiyi siyahını qəbul etdikdə parlamentin təsdiqinə yollamalıdır. Əgər 1-ci yer tutan partiya hökumət qura bilmirsə, sonra növbə ilə bu səlahiyyət 2-ci, 3-cü və s. yeri tutan partiyalara həvalə edilməlidir. Ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması üçün haqq-azadlıqlarla bağlı yeni konstitutsion güvən mexanizmləri yaradılmalıdır".
Siyasətçi vurğulayıb ki, Azərbaycanın suverenlшyi, ərazi bütövlüyü fantastik dərəcədə ən pozitiv ssenari ilə öz həllini tapıb:
"İndi məmləkətin iki əsas problemi var – sülh müqaviləsinin imzalanması və rifah dövlətinin yaradılması. Bu hədəflərə çatmaq üçün yeni "oyun qaydalarınn" təsis edilməsi olmazsa-olmazdır".
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, yaxın günlərdə cənab prezident özünün inauqurasiya mərasimində gələcək siyasətini prioritetləri haqqında danışacaq: "Onun fəaliyyəti Azərbaycan vətəndaşına yaxşıtanışdır və islahaltarın hansı istiqamətdə gedəcəyini təxmin etmək olar. İşğaldan azad edilmiş ərazilərin tezliklə bərpa edilərək məcburi köçkünlərin yurd-yuvasına qayıtması, regionların sosial-iqtisadi inkişafının dərinləşdirilməsi, iqtisadiyyatımıza investisiya yatırımını təşviq etmək üçün vergi və gömrük məcəllələrində müəyyən dəyişikliklərin edilməsi, sosial problemlərin aradan qaldırılması üçün proqramların hazırlanması, beynəlxalq birlikdə dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsi üçün müvafiq addımların atılması gözlənilir. Hesab edirəm ki, Prezident İlham Əliyev yeni prezidentlik dönəmində də maraqlarımıza cavab verən siyasətini davam etdirəcək".
Xəbər lenti
0