Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda avtomobillərin qiymətinin qalxacağı tarix açıqlandı

© Sputnik / Fuad HasanovAzərbaycanını avtomobillər bazarında hələ az tanınan Çin avtomobil brendləri
Azərbaycanını avtomobillər bazarında hələ az tanınan Çin avtomobil brendləri - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Eldəniz Cəfərov bildirib ki, avtomobil bazarında canlanma Novruz tətillərindən sonra müşahidə olunacaq.
BAKI, 13 fevral — Sputnik. Azərbaycanda avtomobillərin qiyməti aprel ayından etibarən bahalaşacaq. Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, ölkəyə idxal olunan avtomobillərin qiymətinin aprel ayından 5 faiz artacağı gözlənilir. Həmçinin idxal olunan köhnə avtomobillərin qiyməti 3 faiz bahalaşacaq.
Ekspert deyib ki, buna səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir.
O, avtomobil bazarında canlanmanın Novruz tətillərindən sonra müşahidə olunacağını da söyləyib.
Xəbər lenti
0