https://sputnik.az/20240212/texminen-1000-kv-km-erazi-son-3-ilde-minalanib-bunlarin-xeritesi-movcud-deyil---nazir-462226131.html
Ermənistan mina sahələrinə dair formulyarları Azərbaycana verib
Ermənistan mina sahələrinə dair formulyarları Azərbaycana verib
Sputnik Azərbaycan
Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və... 12.02.2024, Sputnik Azərbaycan
2024-02-12T11:50+0400
2024-02-12T11:50+0400
2024-02-12T12:01+0400
siyasət
ceyhun bayramov
mina
xəritə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062730_0:181:544:487_1920x0_80_0_0_ee204af584140f222e60f5501c52a2ab.jpg
BAKI, 12 fevral - Sputnik. Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur:"Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib".Qurumun məlumatında qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib."Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir" - ANAMA-dan bildirilib. Xatırladaq ki, 2022-ci ildə ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov demişdi ki, Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: "Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir".Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın işçi kanallar vasitəsilə yaxın günlərdə mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcəyinə dair xəbər yayılmışdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunub ki, Ermənistan artıq bir neçə dəfə Azərbaycan ərazisindəki minalanmış sahələrə dair 972 xəritəni Azərbaycana təhvil verib.27.01.24"Yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh prosesi ilə bağlı şərh paketini əldə etmişik. Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq". Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, yaxın vaxtlarda qarşı tərəfə Azərbaycanın şərh paketi təqdim olunacaq.Ceyhun Bayramov həmçinin deyib ki, Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə irəli aparır.Onun sözlərinə görə, Azərbaycan Ermənistanı bütün platformalarda ifşa etməyə davam edir:Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycana 8 yeni mina xəritəsinin təqdim olunacağını vəd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062730_0:130:544:538_1920x0_80_0_0_242b6fa1a74a2818b7ed5ca64921b926.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, mina, xəritə
ceyhun bayramov, mina, xəritə
Ermənistan mina sahələrinə dair formulyarları Azərbaycana verib
11:50 12.02.2024 (Yenilənib: 12:01 12.02.2024) Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur.
BAKI, 12 fevral - Sputnik. Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur:
"Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib".
Qurumun məlumatında qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.
"Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.
Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir" - ANAMA-dan bildirilib.
Xatırladaq ki, 2022-ci ildə ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov demişdi ki, Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: "Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir".
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın işçi kanallar vasitəsilə yaxın günlərdə mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcəyinə dair xəbər yayılmışdı.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunub ki, Ermənistan artıq bir neçə dəfə Azərbaycan ərazisindəki minalanmış sahələrə dair 972 xəritəni Azərbaycana təhvil verib.
"Yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh prosesi ilə bağlı şərh paketini əldə etmişik. Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq". Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, yaxın vaxtlarda qarşı tərəfə Azərbaycanın şərh paketi təqdim olunacaq.
Ceyhun Bayramov həmçinin deyib ki, Azərbaycan dövləti mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə irəli aparır.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı bütün platformalarda ifşa etməyə davam edir:
"Ermənistanın "Biz bu qədər minanı döşəmişik, amma harada olduğunu bilmirik" deməsi inandırıcı deyil. Ekspertlər yaxşı bilirlər ki, proses belə olmur. Təxminən 1000 kv. kilometr ərazi son 3 ildə minalanıb. Bu, son illərdə baş vermiş prosesdir. Bunların xəritəsi mövcud deyil?! Bu təzyiqlər sayəsində Ermənistan özünü təmizə çıxarmaq üçün mina xəritələrini təqdim edib. Hazırda mütəxəssislər o xəritələr üzərində çalışır".
Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycana 8 yeni mina xəritəsinin təqdim olunacağını vəd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.