Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ümumdünya Xəstələr Günüdür

© AP Photo / NATALIA KOLESNIKOVAXəstəxana, arxiv
Xəstəxana, arxiv - Sputnik Azərbaycan, 1920, 11.02.2024
Abunə olmaq
Keçmiş Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilən bu gündə maarifləndirici aksiyalar təşkil edilir, xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur.
BAKI, 11 fevral - Sputnik. Ümumdünya Xəstələr Günü 1992-ci ildə Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. Papaya 1991-ci ildə parkinson xəstəliyi diaqnozu qoyulub. Diaqnoz qoyulandan sonra o, Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəsmi sosial şəbəkə səhifəsi xəbər verir ki, Ümumdünya Xəstələr Gününün qeyd olunmasında əsas məqsəd xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə yönəltməkdir.
Hər il Ümumdünya Xəstələr Günü çərçivəsində maarifləndirici aksiyalar təşkil edilir, xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlığın qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində profilaktik addımlar atılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0