Tarixdə bu gün: 11 fevral - FOTO
11:09 11.02.2024 (Yenilənib: 11:55 11.02.2024)
© Sputnik / Elnur Salayev11 fevral
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 11 fevral - Sputnik. Fevralın 11-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixin haddaşına həkk olunan hadisələr də baş verib.
Fevralın 11-də kimlər dünyaya gəlib?
Tomas Edison (1847-1931) ABŞ-da 1093, dünyanın digər ölkələrində isə 3000-ə yaxın patent almış Amerikalı ixtiraçı və sahibkar idi. O, teleqraf, telefon, kino avadanlıqlarını təkmilləşdirib və közərmə elektrik lampasının kommersiya baxımından uğurlu versiyalarından birini hazırlayıb. Telefon danışığının əvvəlində “alo” sözünü işlətməyi təklif edib.
© Photo : Public DomenTomas Edison - ixtiraçı alim
Tomas Edison - ixtiraçı alim
© Photo : Public Domen
Sidney Şeldon (1917-2007) - Amerika yazıçısı və ssenaristi. 1970-ci ildə o, Edqar Po mükafatını aldığı "Maskanı cır" adlı ilk romanını yazıb. Onun romanları 51 dilə tərcümə olunub və 180-dən çox ölkədə 300 milyon nüsxədən çox satılıb. Onun ssenariləri əsasında 25 film çəkilib.
Lesli Nilsen (1926-2010) - Kanada və Amerika aktyoru. “Çılpaq silah”, “Ailə planı”, “Amerika nağılı” və s. filmlərdə rol alıb.
Cennifer Eniston (1969) - ABŞ aktrisası. O, "Emmi" və "Qızıl Qlobus" mükafatlarını aldığı NBC televiziya serialındakı Dostlar (1994-2004) filmindəki Reyçel Qrin rolu ilə məşhurlaşıb.
© AP Photo / Francois MoriCennifer Eniston
Cennifer Eniston
© AP Photo / Francois Mori
Timur Batrutdinov (1978) - rus komediyaçısı və teleaparıcısı, Komediya Klubunda və KVN-də iştirak edib.
© Sputnik / Кирилл КаллиниковTimur Batrutdinov
Timur Batrutdinov
© Sputnik / Кирилл Каллиников
Fevralın 11-də dünyada baş verən tarixi hadisələr
1697-ci ildə çar I Pyotr Rusiyanın bütün içməli müəssisələrində tütünün sərbəst satışına icazə verən fərman imzalayıb. Bu ana qədər Rusiyada tütün var idi, lakin kəndlilər və sənətkarlar üçün qadağan idi.
© Sputnik / Борис УшмайкинQəlyan çəkən kişi, arxiv
Qəlyan çəkən kişi, arxiv
© Sputnik / Борис Ушмайкин
1809-cu ildə amerikalı mühəndis Robert Fulton buxar gəmisini patentləşdirib.
© Photo : Public DomenBuxarlı gəmi, arxiv
Buxarlı gəmi, arxiv
© Photo : Public Domen
1980-ci ildə Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" adlı əfsanəvi filmin premyerası olub. 1981-ci ildə film ən yaxşı xarici film nominasiyasında Oskar mükafatına layiq görülüb.
"Moskva göz yaşlarına inanmır" filmindən kadr
© Sputnik / RIA News
/ 2001-ci ildə holland tələbə Jan de Vit Anna Kurnikova kompüter virusunu yaradıb. O, e-poçt əlavələri vasitəsilə yayıldı və bütün dünyada milyonlarla kompüteri yoluxdurub. Bu virus birbaşa məlumatlara zərər verməsə də, bir çox problemlərə səbəb olub.
kompüter virusu
© Sputnik / Natalya Seliverstova
/ 2016-cı ildə Vaşinqtonda LIGO elmi əməkdaşlığının mətbuat konfransı zamanı qravitasiya dalğalarının eksperimental kəşfi elan edilib. Bu dalğaların mənbələrinin qara dəliklər olduğu ortaya çıxıb.
© AP Photo / NASA/Chandra X-ray Observatory/M.WeissKosmos, arxiv
Kosmos, arxiv
© AP Photo / NASA/Chandra X-ray Observatory/M.Weiss
2015-ci ildə BMT Baş Assambleyası 11 fevral tarixini Elmdə Beynəlxalq Qadınlar və Qızlar Günü elan edən qətnamə qəbul edib.
© AP PhotoMariya Skłodovskaya-Küri
Mariya Skłodovskaya-Küri
© AP Photo
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.