CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANAMA: Mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb

© AFP 2024 / EMMANUEL DUNANDУказатель мины
Указатель мины - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təssərüfatında əl qumbarası partlayıb.
BAKI, 10 fevral — Sputnik. 2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təssərüfatında əl qumbarası partlayıb. Nəticədə bir nəfər yaralanıb.
14.11.23
Dünyada 4 710 nəfərin minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olduğu qeydə alınıb.
Bu, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hazırladığı "Landmine Monitor Report" layihəsində əksini tapıb.
Bildirilib ki, onların 1 661 nəfəri həlak olub, 3 015 nəfəri yaralanıb, 34 nəfərin statusu məlum deyil:

"Mina qurbanlarının 85 %-i mülki insanlardır, onların da 49 %-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriya və Ukraynada qeydə alınıb. Mina qurbanlarının əksəriyyəti kişilər və oğlan uşaqlarıdır".

Xatırladaq ki,10 noyabr 2020-ci il tarixindən etibarən Ermənistanın mina terroru nəticəsində mina qurbanlarının sayı 331 nəfərə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0