SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yaxın vaxtlarda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası olacaq

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Ötən görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edib.
BAKI, 31 yanvar — Sputnik. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək.
“Report” xəbər verir ki, bunu Ermənistan hökumətinin baş nazirinin müavini Mger Qriqoryan deyib.
O bildirib ki, komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub: “Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”.
31.01.24
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair mətbuat məlumat yayıb.
Məlumatda bildirilir ki, 31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
***
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başa çatıb.
Tərəflərin 6-ci görüşü Qazaxda keçirilib.
***
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb.
Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazax sərhədində keçirilir.
Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
Xəbər lenti
0