https://sputnik.az/20240210/avropada-fermerlerin-tetilleri-genislenir-462313448.html
Aİ-nin Rusiyanın enerji resurslarından imtina etməsi fermerlərin etirazına səbəb olub
Aİ-nin Rusiyanın enerji resurslarından imtina etməsi fermerlərin etirazına səbəb olub
Sputnik Azərbaycan
Avropa ölkələri özlərini ABŞ-dan asılı vəziyyətə salıblar. 10.02.2024, Sputnik Azərbaycan
2024-02-10T21:41+0400
2024-02-10T21:41+0400
2024-02-10T21:20+0400
avropa
dünya xəbərləri
fermer
kənd təsərrüfatı
kənd təsərrüfatı məhsulları
ai
ai
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/02/01/462313282_0:160:3072:1888_1920x0_80_0_0_a063546578ad8f3a0878ed2d3f402be1.jpg
BAKI, 10 fevral — Sputnik. Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov Avropa İttifaqının Rusiya resurslarından imtina etməsini avropalı fermerlərin kütləvi etirazlarının səbəblərindən biri adlandırıb.“RİA Novosti” bu barədə yazıb.“Avropanın kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyib: yanacaq və sürtkü yağlarının bahalaşması fermerlərin etirazlarının səbəblərindən biri olaraq qalır” - diplomat qeyd edib.O, Qərbin Rusiyanı sanksiyalarla cəzalandırmaq cəhdlərinin yalnız özünə zərər verdiyini vurğulayıb. Loqvinovun dediyinə görə, bu zərər vermək istəyi "məntiqi izahata ziddir".Belə ki, 2023-cü ilin üçüncü rübündə Rusiya qazının Aİ-nin ümumi qaz idxalında payı cəmi 11,8% olub, Amerika MTQ-nin payı isə 48,5%-ə yüksəlib. Beləliklə, Avropa ölkələri özlərini ABŞ-dan asılı vəziyyətə salıblar.Xatırladaq ki, Aİ liderlərinin sammitindən əvvəl müxtəlif istiqamətlərdən Brüsselə traktor kolonnaları daxil olub. Etirazçılar Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişellə şəxsi görüş tələb ediblər. Fermerlər ciddi Avropa istehsal standartlarına və xarici məhsulların idxalı üçün əlverişli şəraitə qarşı tətil keçirirlər.01.02.24Avropada kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət yönəltmək məqsədilə fermerlərin keçirdikləri aksiyaların miqyası genişlənir. Artıq Almaniya, Fransa, İspaniya, İtaliya, Belçika, Niderland, Polşa və Macarıstanda fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə qarşı tətillərə başlayıblar. Fermerlər xüsusilə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində aparılan siyasətin doğru olmadığını iddia edərək, etirazları daha da genişləndirirlər. Bundan əlavə, onlar dövlət dəstəyinin minimuma endirilməsini, Rusiya-Ukrayna münaqişəsindən sonra enerji və gübrə xərclərinin artmasını, sudan istifadə ilə bağlı məhdudiyyətlərin tətbiqini tənqid edirlər. Havanın çirklənməsinə səbəb olan azot tullantılarını azaltmaq üçün tədbirlər görülməsini tələb edən Avropanın müxtəlif ölkələrində tətilçilər etirazlarını bildirmək məqsədilə magistral yolları bağlayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/01/462313282_171:0:2902:2048_1920x0_80_0_0_5d87f167d185ca56cf62b20003b6791a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
avropa, fermer, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları, ai, ai, rusiya
avropa, fermer, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları, ai, ai, rusiya
Aİ-nin Rusiyanın enerji resurslarından imtina etməsi fermerlərin etirazına səbəb olub
Avropa ölkələri özlərini ABŞ-dan asılı vəziyyətə salıblar.
BAKI, 10 fevral — Sputnik. Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov Avropa İttifaqının Rusiya resurslarından imtina etməsini avropalı fermerlərin kütləvi etirazlarının səbəblərindən biri adlandırıb.
“RİA Novosti” bu barədə yazıb.
“Avropanın kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyib: yanacaq və sürtkü yağlarının bahalaşması fermerlərin etirazlarının səbəblərindən biri olaraq qalır” - diplomat qeyd edib.
O, Qərbin Rusiyanı sanksiyalarla cəzalandırmaq cəhdlərinin yalnız özünə zərər verdiyini vurğulayıb. Loqvinovun dediyinə görə, bu zərər vermək istəyi "məntiqi izahata ziddir".
Belə ki, 2023-cü ilin üçüncü rübündə Rusiya qazının Aİ-nin ümumi qaz idxalında payı cəmi 11,8% olub, Amerika MTQ-nin payı isə 48,5%-ə yüksəlib. Beləliklə, Avropa ölkələri özlərini ABŞ-dan asılı vəziyyətə salıblar.
Xatırladaq ki, Aİ liderlərinin sammitindən əvvəl müxtəlif istiqamətlərdən Brüsselə traktor kolonnaları daxil olub. Etirazçılar Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişellə şəxsi görüş tələb ediblər. Fermerlər ciddi Avropa istehsal standartlarına və xarici məhsulların idxalı üçün əlverişli şəraitə qarşı tətil keçirirlər.
Avropada kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət yönəltmək məqsədilə fermerlərin keçirdikləri aksiyaların miqyası genişlənir.
Artıq Almaniya, Fransa, İspaniya, İtaliya, Belçika, Niderland, Polşa və Macarıstanda fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə qarşı tətillərə başlayıblar.
Fermerlər xüsusilə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində aparılan siyasətin doğru olmadığını iddia edərək, etirazları daha da genişləndirirlər. Bundan əlavə, onlar dövlət dəstəyinin minimuma endirilməsini, Rusiya-Ukrayna münaqişəsindən sonra enerji və gübrə xərclərinin artmasını, sudan istifadə ilə bağlı məhdudiyyətlərin tətbiqini tənqid edirlər.
Havanın çirklənməsinə səbəb olan azot tullantılarını azaltmaq üçün tədbirlər görülməsini tələb edən Avropanın müxtəlif ölkələrində tətilçilər etirazlarını bildirmək məqsədilə magistral yolları bağlayıblar.