SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Patriarx Kirilldən İlham Əliyevlə bağlı xoş sözlər

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidPatriarx Kirill
Patriarx Kirill - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Patriarx Kirillin qeydinə görə, İlham Əliyevə verilən səslərin sayı təsdiq edir ki, insanlar onu nüfuzlu milli lider, xalqın ehtiyac və istəklərinə diqqətlə yanaşan, daxili və xarici siyasətin aktual məsələlərini səmərəli həll etməyə qadir biri kimi görürlər.
BAKI, 9 fevral — Sputnik. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"Azərbaycan Respublikasının bu yaxınlarda keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrikləri qəbul edin. Yenidən ali dövlət vəzifəsinə seçilməyiniz uzun illər ölkəyə uğurlu rəhbərlik etdiyiniz müddətdə xalqın etimadını qazandığınızın göstəricisidir" - təbrikdə deyilir.
Patriarx Kirillin qeydinə görə, İlham Əliyevə verilən səslərin sayı təsdiq edir ki, insanlar onu nüfuzlu milli lider, xalqın ehtiyac və istəklərinə diqqətlə yanaşan, daxili və xarici siyasətin aktual məsələlərini səmərəli həll etməyə qadir biri kimi görürlər.
Təbrikdə deyilir: "Sizə ruhi və fiziki qüvvət, Mərhəmətli Yaradanın köməyi, Azərbaycan Respublikasının məsul vəzifəsində gələcək xidmətinizdə uğurlar arzulayıram".
Xəbər lenti
0