DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlk türkiyəli kosmonavt Alper Gezeravcı nəhayət Yerə enib

© Photo : Turkish Presidency via AP, PoolTürk astronavtlarının kosmosa göndərilməsi üçün kosmik proqramın təqdimatı, arxiv
Türk astronavtlarının kosmosa göndərilməsi üçün kosmik proqramın təqdimatı, arxiv - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
İlk Türk astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.
BAKI, 9 fevral — Sputnik. Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Yerə enib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.
Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.
04.02.24, 14:57
Gezeravcını kosmosda ilk qarşılayan rus kosmonavt rekorda imza atıb
ABŞ-ın SpaceX şirkəti tərəfindən kosmosa göndərilən və ilk türk astronavtı Alper Gezeravcını Beynəlxalq Kosmik Stansiyada qarşılayan rus kosmonavt Oleq Kononenko kosmosda keçirdiyi ümumi vaxt baxımından dünya rekordu qırıb.
Rusiyanın rəsmi kosmik agentliyi "Roskosmos"un Telegram kanalında verdiyi açıqlamada rus kosmonavt Oleq Kononenkonun kosmosda qalma rekordu qırdığı, orbitdə qalan digər rus kosmonavt Gennadi Padalkanı da geridə qoyduğu vurğulanıb.
Agentlik daha əvvəl Kononenkonun fevralın 4-də 878 gün keçərək kosmosda ən çox vaxt keçirən şəxs olacağını bildirmişdi. Bundan əvvəl bu rekord 1998-2015-ci illər arasında kosmosa 5 uçuşu ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 28 saniyə davam edən Padalkaya məxsus idi.
2008-ci ildə Beynəlxalq Kosmik Stansiyaya ayaq basan Kononenko hazırda beşinci missiyasındadır. Kononenkonun missiyasının daha altı ay davam edəcəyi və daha sonra sentyabrın 23-də Soyuz MS-25 ilə Yerə dönəcəyi məlum olsa da, onun 2024-cü ili iyunun 5-də kosmosda cəmi min gün keçirən ilk insan olacağı gözlənilir.
***
“SpaceX” ABŞ-nin Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alper Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib.
Bildirilib ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.
Xatırladaq ki, ötən gün “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.
Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.
***
İlk Türk astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.
Alper Gezeravcının olduğu “Dragon” kapsulu “Falcon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.
Türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə aparılacaq.
Alper Gezeravcı Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnikin bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.
***
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilk türkiyəli astronavtı Alper Gezeravcının 2024-cü il yanvarın 18-də kosmosa gedəcəyini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə KİV-ə istinadən xəbər verir ki, Alper Gezeravcı kosmik missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.
Dörd nəfərdən ibarət "Ax-3" ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX Dragon" kosmik gəmisi ilə "SpaceX Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər.
Azərbaycan vaxtı ilə uçuş 18 yanvar saat 02:11-ə təsadüf edəcək.
Qeyd edək ki, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını açıqlayıb.
Xatırladaq ki, 1961-ci il aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.kosmosa uçan ilk insan Yuri Qaqarin olub. 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0