https://sputnik.az/20240209/kurdemirde-qan-donduran-cinayet-anasinin-basini-kesdi-qonsunu-oldurdu-tanisini-yaraladi-462528687.html
Kürdəmirdə qan donduran cinayət: Anasının başını kəsdi, qonşunu öldürdü, tanışını yaraladı
Kürdəmirdə qan donduran cinayət: Anasının başını kəsdi, qonşunu öldürdü, tanışını yaraladı
Sputnik Azərbaycan
Kürdəmir sakini anasının başını kəsib, qonşu kişini öldürüb, tanışını yaralayıb
2024-02-09T14:42+0400
2024-02-09T14:42+0400
2024-02-09T15:20+0400
kürdəmir
hadisə
qətl
cinayət
https://cdnn1.img.sputnik.az/img/42226/92/422269207_0:205:2000:1330_1920x0_80_0_0_a8794b5bf37da02d20c79022b11b7183.jpg
BAKI, 9 fevral — Sputnik. Kürdəmirdə ağır qətl hadisələri törədilib. Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Alıyevaya və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. 13.33 Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Alıyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Şükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır. 13:26 Kürdəmir rayonunun Şıxımlı kənd sakini tərəfindən ağır qətl hadisələri törədilib. İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Alıyev İlham İsa oğlu əvvəlcə anası Alıyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb (Report). Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/92/422269207_227:0:2000:1330_1920x0_80_0_0_eb71cd01f0f2cf231c39f32e47b7e845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kürdəmir qətl anasının başını kəsdi qonşu kişini öldürdü
kürdəmir qətl anasının başını kəsdi qonşu kişini öldürdü
Kürdəmirdə qan donduran cinayət: Anasının başını kəsdi, qonşunu öldürdü, tanışını yaraladı
14:42 09.02.2024 (Yenilənib: 15:20 09.02.2024) Kürdəmir rayonunun Şıxımlı kəndindən olan 43 yaşlı kişi anası və qonşusunu qətlə yetirib, tanışını yaralayıb.
BAKI, 9 fevral — Sputnik. Kürdəmirdə ağır qətl hadisələri törədilib.
Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Alıyevaya və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Alıyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Şükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Kürdəmir rayonunun Şıxımlı kənd sakini tərəfindən ağır qətl hadisələri törədilib.
İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Alıyev İlham İsa oğlu əvvəlcə anası Alıyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb (Report).
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.