https://sputnik.az/20240209/dostluq-kinoteatrinin-daminda-ve-fasadinda-aparilan-isler-dayandirilib---resmi-462537448.html
"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb - Rəsmi
"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb - Rəsmi
Sputnik Azərbaycan
Ramiz İdrisoğlu bildirib ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi... 09.02.2024, Sputnik Azərbaycan
2024-02-09T18:35+0400
2024-02-09T18:35+0400
2024-02-09T18:35+0400
bakı
mədəniyyət
söküntü
dostluq
kinoteatr
https://cdnn1.img.sputnik.az/img/07e8/02/09/462524186_0:1:1280:721_1920x0_80_0_0_7ce3a0c63669d9878b80e4e64644ed14.jpg
BAKI, 9 fevral — Sputnik. "Dostluq" kinoteatrının sökülməsi qanunsuzdur. Bunu Sputnik Azərbaycan-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib. O, deyib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid "Dostluq" kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Qurum sözçüsü deyib ki, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Bununla yanaşı kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb. Eyni zamanda Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib. "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub. Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib" - Ramiz İdrisoğlu bildirib. Qeyd edək ki, bir neçə gündür, "Dostluq" kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar yayılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/09/462524186_160:0:1121:721_1920x0_80_0_0_c3088afd6cd1d2d883f9db31b577ce4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, söküntü, dostluq, kinoteatr
bakı, söküntü, dostluq, kinoteatr
"Dostluq" kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb - Rəsmi
Ramiz İdrisoğlu bildirib ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb.
BAKI, 9 fevral — Sputnik. "Dostluq" kinoteatrının sökülməsi qanunsuzdur. Bunu Sputnik Azərbaycan-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini - sektor müdiri Ramiz İdrisoğlu bildirib. O, deyib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid "Dostluq" kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
Qurum sözçüsü deyib ki, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Bununla yanaşı kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb. Eyni zamanda Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub. Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib" - Ramiz İdrisoğlu bildirib.
Qeyd edək ki, bir neçə gündür, "Dostluq" kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar yayılıb.