https://sputnik.az/20240209/coca-cola-uzun-illerden-sonra-ilk-defe-yeni-dadla-ickini-buraxacaq-462509585.html
"Coca-Cola" uzun illərdən sonra ilk dəfə yeni dadla içkini buraxacaq
"Coca-Cola" uzun illərdən sonra ilk dəfə yeni dadla içkini buraxacaq
Sputnik Azərbaycan
Amerika və Kanada mağazalarında içki iki variantda - şəkərli və şəkərsiz halda peyda olacaq. 09.02.2024, Sputnik Azərbaycan
2024-02-09T11:07+0400
2024-02-09T11:07+0400
2024-02-09T11:02+0400
coca-cola
dünya xəbərləri
şəkər
abş
kanada
https://cdnn1.img.sputnik.az/img/42139/37/421393746_0:158:3077:1889_1920x0_80_0_0_529edbf01102133f0d6bfe0ad9eaad2a.jpg
BAKI, 9 fevral — Sputnik. "Coca-Cola" şirkəti uzun illərdən sonra ilk dəfə olaraq yeni ləzzətli içki buraxmaq qərarına gəlib. "Ədviyyatlı" adlanan bu içkinin tərkibi moruq və ədviyyatların birləşməsindən ibarət olacaq. "CNN" bu barədə xəbər verib. Alıcılar yeni məhsulu yaxın həftələrdə əldə edə biləcəklər. Amerika və Kanada mağazalarında içki iki variantda - şəkərli və şəkərsiz halda peyda olacaq. "Coca-Cola"nın Şimali Amerika üzrə marketinq vitse-prezidenti Syu Linn Çanın sözlərinə görə, şirkət istehlakçıları təəccübləndirmək qərarına gəlib. Onlar getdikcə daha çox mürəkkəb və cəsarətli dad axtarırlar. "Bu, təkcə yeməkdə deyil, içkilərdə də müşahidə etməyə başladığımız bir tendensiyadır" - şirkətin sözçüsü bildirib. Sonuncu dəfə belə bir təcrübə 2020-ci ildə həyata keçirilib. O zaman müştərilər "Coca-Cola Cherry Vanilla"nın yeni dadını yüksək qiymətləndirmişdilər. Daha əvvəl "Coca-Cola"nın məhdud sayda "Y3000" içkisi buraxdığı bildirilmişdi. Onun dadı pərəstişkarlarının fikirləri və süni intellekt nəzərə alınmaqla yaradılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42139/37/421393746_174:0:2903:2047_1920x0_80_0_0_6f614e0b82eccda71f58572ff032073c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
coca-cola, şəkər, abş, kanada
coca-cola, şəkər, abş, kanada
"Coca-Cola" uzun illərdən sonra ilk dəfə yeni dadla içkini buraxacaq
Amerika və Kanada mağazalarında içki iki variantda - şəkərli və şəkərsiz halda peyda olacaq.
BAKI, 9 fevral — Sputnik. "Coca-Cola" şirkəti uzun illərdən sonra ilk dəfə olaraq yeni ləzzətli içki buraxmaq qərarına gəlib. "Ədviyyatlı" adlanan bu içkinin tərkibi moruq və ədviyyatların birləşməsindən ibarət olacaq.
"CNN" bu barədə xəbər verib.
Alıcılar yeni məhsulu yaxın həftələrdə əldə edə biləcəklər. Amerika və Kanada mağazalarında içki iki variantda - şəkərli və şəkərsiz halda peyda olacaq.
"Coca-Cola"nın Şimali Amerika üzrə marketinq vitse-prezidenti Syu Linn Çanın sözlərinə görə, şirkət istehlakçıları təəccübləndirmək qərarına gəlib. Onlar getdikcə daha çox mürəkkəb və cəsarətli dad axtarırlar.
"Bu, təkcə yeməkdə deyil, içkilərdə də müşahidə etməyə başladığımız bir tendensiyadır" - şirkətin sözçüsü bildirib.
Sonuncu dəfə belə bir təcrübə 2020-ci ildə həyata keçirilib. O zaman müştərilər "Coca-Cola Cherry Vanilla"nın yeni dadını yüksək qiymətləndirmişdilər.
Daha əvvəl "Coca-Cola"nın məhdud sayda "Y3000" içkisi buraxdığı bildirilmişdi. Onun dadı pərəstişkarlarının fikirləri və süni intellekt nəzərə alınmaqla yaradılmışdı.